Bank haqqında

Səhmlər

Səhmlərin növü: adi, adlı sənədsiz

Dövlət qeydiyyatı nömrəsi: AZ1003005159

Nominal dəyəri: 12,39 (on iki manat otuz doqquz qəpik) manat.

Səhmlərin sayı: 15.000.000 ədəd.

Səhmdarların hüquqları

Bankın hər bir səhmdarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3-cü maddəsində, digər qanunvericilikdə və Bankın nizamnaməsində nəzərdə tutulmuş aşağıdakı hüquqları vardır:

Bankın idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (imtiyazlı səhm sahibləri istisna olmaqla);

Qanunvericiliklə müəyyən edilmiş qaydada, Bankın fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;

Bankın səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

Bankın səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

Bankın səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;

Bankın xalis mənfəətindən dividend almaq;

Bankın fəaliyyətinə xitam verildikdə, Bankın kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra Bankın yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

Mülki Məcəllə və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

Yenilənib: 24.05.2024