Kartlar üzrə xidmətlər

3D secure

3D Secure texnologiyası – VISA və MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış, ödəniş kartları ilə onlayn alış-veriş əməliyyatlarını daha da təhlükəsiz edən qlobal protokoldur. MasterCard ödəniş sistemində bu servis “MasterCard Secure Code”, VISA ödəniş sistemində isə “Verified by VISA” adlanır. Texnologiyanı dəstəkləyən saytlarda aşağıdakı nişanlar olur.

3D secure

Qoşulma qaydası:

Xidmətə qoşulmaq üçün Kapital Bankın 196 Məlumat Mərkəzinə müraciət etmək lazımdır. Müştəri xidmətə aşağıdakı autentifikasiya (eyniləşdirmə) tipi ilə qoşula bilər:

Dinamik;

Dinamik növ seçildikdə kart sahibi xidmətə öz şəxsi telefon nömrəsini qoşur və hər internet ödənişi zamanı bu nömrəyə bir dəfəlik təhlükəsizlik şifrələri göndərilir və müştəri tərəfindən ödəniş pəncərəsinə daxil edilir.

Üstünlükləri:

Real vaxt rejimində kart sahibinin şəxsiyyətinin yoxlanılması–ödənişlər zamanı yalnız Banka və müştəriyə məlum olan təhlükəsizlik kodu ilə əməliyyatın təsdiqi

Dələduzlar tərəfindən kartın internetdə istifadəsinin mümkünsüz olması

Dələduzluq əməliyyatlarından qaynaqlanan maliyyə itkilərinin qarşısının alınması

Texnologiyanı dəstəkləməyən saytlarda baş verə biləcək dələduzluq əməliyyatlarına etiraz hüququ (itki məsuliyyətinin sayt sahibinə ötürülməsi)