Bank haqqında
Bank haqqında
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 150 ildir ki, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Strateji baxışımız
Daha dayanıqlı gələcəyi təmin edən və qabaqсıl dünya trendlərini özündə cəmləşdirən, hər kəsin bir nömrəli maliyyə tərəfdaşına çevrilməkdir.
Missiyamız
Həyatınızın hər bir dönəmində şəffaf maliyyə tərəfdaşlığımızla ölkəmizin sosial-iqtisadi rifah halını birlikdə yüksəltməkdir.
Dəyərlərimiz
Dürüstlük – Biznesimizin təməlində dürüstlüyə tam sadiqlik dayanır. Bizim üçün bu, həmişə və hər zaman, hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq deməkdir. Ən bəsit səviyyədə bu, fəaliyyət göstərdiyimiz ölkənin qanunlarına və qaydalarına hörmətlə yanaşmaqdır. Dürüstlük hətta çətinliklərlə üz-üzə qaldıqda belə şirkətin davranış qaydalarına sadiq qalmaq deməkdir. Bu, heç vaxt şirkətin maraqlarını şəxsi mənfəət naminə qurban verməmək deməkdir. Dürüstlük özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq deməkdir.
Məqsədimiz - müştərilərimiz üçün dürüst, açıq və anlaşılan olmaqdır. Bankımız bütün fəaliyyətlərimizdə daim olduğu kimi, məhsul və xidmətini təqdim edən zaman da müştəriyə müvafiq faydaları və ya riskləri səmimi olaraq göstərir.
Keyfiyyət – Kənardakılar həmişə verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə qiymət verəcək. İşimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı ilə düz mütənasibdir. Bundan yan keçmək mümkün deyil. Biz həmişə qoyduğumuz standartlara riayət edirik, gecə və gündüz vədimizə əməl edirik - optimal nəticələr əldə etmək üçün diqqətli şəkildə keyfiyyəti səmərəliliklə tarazlaşdırırıq. Buna görə də, biz həm fərdi surətdə, həm də təşkilat kimi yeni səylərə can atırıq və daima öyrənməyə və təkmilləşməyə çalışırıq.Uğurumuzun əsasını gəlirli biznesimizi idarə etməyə şərait yaradan məmnun müştərilər təşkil edir. Məhz buna görə də əsas məqsədimiz ekosistemin bütün səviyyələrində müştərilərimizlə münasibətlərin keyfiyyətini artırmaqdır. Biz əmin olmaq istəyirik ki, mövcud və potensial müştərilərimiz ən yaxşı təklifə, keyfiyyətə və uzunmüddətli tərəfdaşlığa səmimi olaraq inandıqlarına görə hər gün bizi seçməyə davam edirlər.
Əməkdaşlıq – Biz departamentlər, biznes bölmələri və ölkələr boyunca vahid komanda şəklində işləyərkən fenomenal nəticələrə nail oluruq. Müştərilərimiz, tərəfdaşlarımız və təchizatçılarımızla əməkdaşlıq edərkən bazardakı gözləntiləri artıqlaması ilə üstələyirik. Bu sinerjilərin təsiri fərdi surətdə qoyulan istənilən töhfədən dəfələrlə böyükdür. Əməkdaşlıq sağlam iş mühiti yaradır və daha yüksək səmərəliliyə gətirib çıxarır. O, problemlərin həllini sürətləndirir və innovasiyaya yol açır. Etimad və hörmət əməkdaşlıqla bəslənir.
Müştərilərin və maraqlı tərəflərin xeyrinə ekosistemdə vahid komanda kimi fəaliyyət göstərmək Qrup səviyyəsində əməkdaşlığın ən yaxşı nümunəsidir. Qarşılıqlı olaraq qabaqcıl təcrübələri öyrənir, bir-birimizə öyrədir, ekosistemə və Qrupa daxil olan bütün şirkətlərin maraqlarını nəzərə alaraq, tərəfdaşlarla qarşılıqlı münasibəti dəstəkləyirik. Ölkə iqtisadiyyatına, şirkətlərin inkişafına və bu əməkdaşlıq çərçivəsində bütün tərəflər arasında etimadın artmasına töhfə vermək istiqamətində çalışırıq.
Sahibkarlıq Ruhu – Ətrafımızdakı dünya daima dəyişməkdədir və buna görə də, biz çox vaxt qeyri-müəyyənliklə işləməli oluruq. Biz yeni imkanlar axtarırıq və iri addımlar atmağa - digərlərinin cəsarət etmədiklərini etməyə və gedə bilmədikləri yerlərə getməyə hazırıq. Komandamız çətinliklərdən qorxmur, əksinə, onları artım üçün fürsət kimi dəyərləndirir. Biz əlavə yol qət etmək və ya yeni səylər gerçəkləşdirmək üçün üzərimizə məsuliyyət götürməkdən qorxmuruq. Heyətimiz şirkətə öz şəxsi biznesləri üçün edə biləcəkləri qədər qayğı, istək və diqqətlə yanaşır.
Biz müştərilərimizin istəklərini nəzərə alaraq, məhsullarımızın keyfiyyətini və müştəri təcrübəsini təkmilləşdirmək üçün daim üzərimizə məsuliyyət götürürük və yeni imkanlar axtarırıq.
Biz müştərilərimizin, tərəfdaşlarımızın və həmkarlarımızın problemlərini anlayır, onlara şəxsi məsələmiz kimi yanaşır və əsaslı həll yolunun tapılması üçün çalışırıq.
Gəlirlilik – Biz öz səhmdarlarımızın və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda yaradırıq. Əslində, bu gün qazanılan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı olmasına təminat verir. Heyətimiz başa düşür ki, qazanılan hər bir manatla yanaşı qənaət edilən hər bir manat dəyər gətirir. Eyni zamanda, qısamüddətli biznes məqsədlərini izləyərkən biz heç vaxt uzunmüddətli hədəfimizi (dayanıqlı qlobal biznes yaratmaq və onu qoruyub saxlamaq) nəzərimizdən qaçırmırıq. Bu isə öz növbəsində hədəf verdiyimiz hər bir strateji qərara stimul verir Bizim üçün gəlirlilik həm də, müştərinin ümumi dövriyyəsini və gəlirliliyini anlamaq və onlara bu gəlirliliyi effektiv idarə etməkdə kömək etməkdir. Eyni zamanda, gəlirlilik bizim üçün müştərilərə onların davranışlarına və bütövlükdə ekosistemin strateji məqsədlərinə uyğun həll yollarını və üstünlükləri təqdim etməkdir. Biz gəlirliliyə müştərilərimizin uzunmüddətli loyallığı ilə nail olmaq üçün onlarla qarşılıqlı münasibətlərə investisiya etməyə hazırıq.
Strateji hədəflər
- Müştəri mərkəzli yanaşmanı və məhsul mədəniyyətini yaxşılaşdırmaq
- Mobil tətbiqlərin yüksək stabilliyini təmin edilməsi
- Pərakəndə bankçılıq bazarında lider mövqeyini qorunması, nüfuzun və bazar payının artırılması
- Mikro seqmenti üzrə dayanıqlı biznes model vasitəsi gəlirli biznesin qurulması
- Kiçik və orta sahibkarlar müştəri seqmenti üzrə biznesin böyüdülməsi
- Ekosistemdə maliyyə xidmətlərinin qeyri-maliyyə məhsulları ilə inteqrasiyasının təmin edilməsi
- Bütün ekosistemə xidmət etmək üçün risk və maliyyə funksiyasının transformasiyası
- Müştərilərə və banka əlavə dəyər yaradacaq data əsaslı qərarvermənin inkişaf etdirilməsi
- Ən yaxşı istedadları yetişdirmək və ya işə cəlb etmək
- Təşkilati sağlamlıq dərəcəsini arzuolunan səviyyədə saxlamaq
Səhmdarlarımız
“Kapital Bank” ASC-nin səhmlərinin 81.08%-i “Paşa Holdinq” MMC-yə, 7,52 %-i “Paşa Sığorta” ASC-yə, qalan 11,40%-i isə digər hüquqi və fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalının miqdarı 265 849 999.85 AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.
Müştəri məmnuniyyəti strategiyamız
Müştəri məmnuniyyəti strategiyamız ilə tanış olmaq üçün linkə keçid edin.
Müşahidə şurasının üzvləri
Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Əməyin iqtisadiyyatı və sosiologiyası fakultəsi
Karyera:
"Paşa Bank" ASC-də İdarə Heyəti sədrinin müavini : 10.2007 - 06.2013
"Kapital Bank" ASC-də İdarə Heyətinin sədri : 06.2013 - 05.2023
"Kapital Bank" ASC-də Müşahidə Şurasının Sədri : 05.2023 - hal-hazıradək
Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakultəsi
Ali Diplomatiya Kollecinin Beynəlxalq münasibətlər fakultəsi
Warwick Business School-un Biznesin idarəedilməsi fakultəsi
Karyera:
”Unibank” ASC-İcraçı direktor/İdarə Heyəti sədrinin müavini : 14.05.2013-01.11.2013
”Unibank” ASC-İcraçı direktor : 01.11.2013-01.05.2015
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətin Banklar qrupunun rəhbəri : 01.05.2015-17.10.2016
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətin direktorunun I müavini : 17.10.2016-01.01.2020
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş icraçı direktoru : 01.01.2020-hal-hazıradək
Təhsil:
Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakultəsi
Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Azərbaycanda siyasi proseslər fakultəsi
İnstituto de Empresa-ın Biznesin idarəedilməsi fakultəsi
Karyera:
.“Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin I müavini : 11.06.2013-16.02.2017
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətin Biznes Qrupu üzrə direktor / İcraçı direktorun müavini : 17.02.2017 - hal-hazıradək
Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin (yenidənhazırlanma) Beynəlxalq iqtisadi münasibətlər fakultəsi
Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Avtomatika və telemexanika fakultəsi
Karyera:
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətində baş müşavir : 31.03.2009 - hal-hazıradək
Təhsil:
M. Lomonosov adına Moskva Dövlət Universitetunun Roman-german filologiyası fakultəsi
Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakultəsi
Filologiya elmləri namizədi
Karyera:
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyətində baş müşavir : 31.03.2009 - hal-hazıradək
İdarə heyətinin üzvləri
Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsi (bakalavr)
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsi (magistratura)
Fəlsəfə doktoru
Karyera:
"Bank of Baku" ASC-də İdarə Heyətinin sədri : 02.2013 - 05.2015
"Kapital Bank" ASC-də İdarə Heyəti sədrinin müavini, Baş Əməliyyat inzibatçısı : 06.2015 - 02.2017
"Kapital Bank" ASC-də İdarə Heyəti sədrinin I müavini : 02.2017 - 05.2023
İdarə Heyətinin Sədri : 05.2023 - hal-hazıradək
Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsi (bakalavr)
Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi (magistratura)
"London Business School" (Master of Business Administration)
Karyera:
"Kapital Bank" ASC-də direktor : 04.2014 - 01.2016
"Kapital Bank" ASC-də Baş Risk İnzibatçısı : 01.2016 - hal-hazıradək
Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi (bakalavr)
Xəzər Universitetinin Maliyyə-kredit fakültəsi (magistratura)
Karyera:
"Kapital Bank" ASC-də direktor : 12.2013 - 01.2016
"Kapital Bank" ASC-də Baş Maliyyə İnzibatçısı : 01.2016 - hal-hazıradək
Təhsil:
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsi (magistr dərəcəsi)
Karyera:
“Bank of Baku” ASC-İnsan resursları departamentinin idarəetmə şöbəsinin müdiri : 04.2012 - 01.2013
“Bank of Baku” ASC-İnsan resursları departamentinin Direktoru : 01.2013 - 09.2015
“Kapital Bank ” ASC-nin İnsan resurslarının idarə edilməsi departamentinin Direktoru : 09.2015 - 01.2023
“Kapital Bank ” ASC-nin Təşkilati inkişaf ofisinin lideri : 01.2023 - 07.2023
“Kapital Bank ” ASC ASC-nin İnsan kapitalı və təşkilati inkişaf üzrə baş inzibatçı : 07.2023 - hal-hazıradək
Təhsil:
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi (bakalavr)
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsi (magistratura)
Karyera:
“PAŞA Bank” ASC-də şöbə rəhbəri : 2013-cü ilədək
“Kapital Bank” ASC-də Direktor : 07.2013 - 05.2018
“Kapital Bank” ASC-də Baş Korporativ Satış İnzibatçısı : 05.2018 - 11.2019
“Kapital Bank” ASC-də Baş Direktor : 11.2019 - 05.2023
“Kapital Bank” ASC-nin İdarə Heyətinin Üzvü, Baş Korporativ Satış İnzibatçısı : 05.2023 - hal-hazıradək
Təhsil:
Qərb Universitetinin Beynəlxalq hüquq fakültəsi (bakalavr)
Milli Aviasiya Akademiyasında Mühəndis-iqtisadçı (magistratura)
“IE Business School” (magistratura)
Karyera:
“PAŞA Bank” ASC-nin Əməliyyat departamentində menecer, baş əməliyyatçı, Korporativ və Kommersiya Bankçılıq departamentində Biznesin inkişafı şöbəsinin rəhbəri : 04.2011 – 07.2013
“Kapital Bank” ASC-nin Komplayens departamentinin direktoru : 07.2013 – 04.2019
“Kapital Bank” ASC-nin Baş Komplayens inzibatçısı : 04.2019 – 11.2019
“Kapital Bank” ASC-nin Hüquq və komplayens idarəsinin baş direktoru : 11.2019 – 11.2023
“Kapital Bank” ASC - İdarə Heyətinin üzvü, Baş komplayens inzibatçısı : 11.2023 – hal-hazıradək
Yenilənib: 14.08.2024