İnternet və mobil bankçılıq - BirBank

Tam yenilənmiş İnternet və Mobil Bank xidmətlərimizlə hesablar, kartlar, kredit və depozitlərinizi idarə etmək daha da asanlaşdı.

iOS

android

internet bank

Ümumi məlumat

BirBank Kapital Bank-ın təqdim etdiyi mobil bankçılıq tətbiqidir. Tətbiq 300 mindən çox istifadəçi ilə ölkəmizdə maliyyə kateqoriyasında ən çox yüklənilən mobil tətbiqdir. App Store, Play Store və SimilarWeb-in reytinqlərində BirBank "#1 Top Free Finance" olaraq göstərilir.

BirBank 2018-ci ildə "Elektron hökümət və maliyyə-bank mobil tətbiqləri" nominasiyası üzrə "Milli İnternet mükafatı"-nın qalibi olub. 2018-ci ildə eyni zamanda "International Finance" jurnalı tərəfindən ölkəmizdə "Most innovative mobil bank" - Ən innovativ mobil bank tətbiqi seçilib.

Bank kartı olan istənilən şəxs sadəcə bir neçə dəqiqə ərzində BirBank-da qeydiyyatdan keçərək bank xidmətlərini, onlayn sifariş və ödənişləri sadəcə telefonundan idarə edə bilər.

Ürəklər loyallıq proqramı

Artıq BirBank mobil tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, “ürək” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrlə dəyişmək mümkündür.

BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib ürəklər qazanmaq mümkündür. Digər banklara məxsus plastik kartlarla yalnız BirBank mobil tətbiqində edilən ödənişlər zamanı bonus ürəklər qazanacaqsınız.

Bonusların hesablanması qaydası ilə bu linkdən tanış ola bilərsiniz.

BirBank

QR Pay

Alış-verişə gedərkən cibinizdə pul və ya ödəniş kartının olması önəmli deyil. Xidmət nöqtələrində ödənişləri artıq BirBank vasitəsilə etmək mümkündür. Bunun üçün alış-veriş etdikdən sonra kassalarda olan xüsusi posterdəki QR şifrəni smartfonun kamerası ilə skan etmək lazımdır. Ödəniş etmək üçün BirBank-da olan istənilən kartın hesabından istifadə etmək olar – hətta Kapital Bank-a aid olmayan kartdan da.
QR Pay keçərli olan mağazalar üçün klikləyin.

Funksiyalar

Yeni BirBank tətbiqi ilə artıq bir çox bank əməliyyatlarınızı bir hesabdan idarə edə bilərsiniz. Yenilənmiş tətbiqdə bu funksiyalardan istifadə edə bilərsiniz:

  • Sadəcə kart məlumatlarınızı daxil etməklə 1 dəqiqə ərzində onlayn qediyyat
  • Barmaq izi ilə daxil olmaq
  • Kreditlərinizi izləmək, aylıq ödənişlərinizi etmək
  • Depozitlərinizi idarə etmək, gündəlik hesablanan faizlərə nəzarət etmək
  • Kartlarınızın balansına baxmaq, çıxarış əldə etmək və ehtiyac olduqda kartı blok etmək
  • Virtual kart sifarişi
  • Hesablarınıza nəzarət, çıxarış əldə etmək və hesablar üzrə bütün əməliyyatların həyata keçirilməsi
  • Kommunal və mobil xidmətlər üzrə borclarınızı ödəmək, şablonlar əlavə etmək və avtomatik ödənişləri aktivləşdirməklə bütün ödənişləri vaxtında həyata keçirmək
  • Ödənişlərinizin tarixçəsini izləmək
  • Hesablarınız arasında, digər şəxsin hesabına, öz kartınıza və digər kartlara köçürmələr etmək, şablonlar yaratmaq və şablonlar əsasında bir anda köçürmələr etmək
  • Köçürmələrinizin tarixçəsini izləmək
  • Yaxınlıqdakı Kapital Bank ATM və filiallarının xəritə üzərində göstərilməsi
  • Valyuta məzənnələrini izləmək
  • Şəxsi profilinizə şəkil əlavə etmək
  • BirKart Partnyor mağazalarını xəritə üzərində göstərilməsi - YENİLİK
  • Telefon kitabçasında olar kontaktlara vəsaitin göndərilməsi, və həmin vəsaitlərin ATM vasitəsi ilə nağdlaşdırılması - YENİLİK
  • Ödəniş karti ilə aparılmış xərcləri dostlarınız ilə paylaşmaq imkanı - YENİLİK
  • Telefon kitabçasında olar BirBank tətbiqi digər istifadəçilərindən vəsaiti istəmək - YENİLİK
  • Bank ilə əlaqə saxlamaq imkanı (çat) - YENİLİK
  • Ödəniş kartı və Kredit üçün online müraciət etmək imkanı - YENİLİK
  • Digər Banklara məxsus olan kartların ödəniş kartlarını tətbiqə əlavə etmək və ödəniş/köçürmə aparmaq imkanı - YENİLİK

 

mobil bank

Qoşulma qaydası

BirBank tətbiqində qeydiyyatdan keçmək üçün:

  • BirBank tətbiqini “Google Play” və ya “App Store” mobil telefonunuza yükləyin
  • “Kart üzrə qeydiyyat” bölməsinə daxil olun
  •  Kapital Bankda olan kart nömrəsi, onun PİN kodunu hazırda istifadə etdiyiniz telefon nömrənizi daxil edin
  • Telefonunuza göndəriləcək birdəfəlik şifrəni (OTP) daxil edin
  • Gələcəkdə BirBank tətbiqinə daxil olmaq üçün özünüzə şifrə təyin edin
Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.