Kibertəhlükəsizliyiniz önəmlidir

Kiberhücumlardan necə qorunmalı?

Məlumat məxfiliyi

  • Heç bir halda fərdi və bank məlumatlarınızı etibarsız mənbələr və ya üçüncü şəxslərlə paylaşmayın.
  • Bankla əlaqə saxlayarkən məxfi məlumatları yalnız rəsmi kanallardan, məsələn, bankın rəsmi saytı və ya mobil tətbiqi üzərindən bölüşün.
  • Fərdi məlumatları bankla paylaşarkən dəqiq və aktual olmasına diqqət edin. Zərurət yarandıqda müntəzəm şəkildə yeniləyin.

Sosial mediadan istifadə zamanı informasiya təhlükəsizliyi

  • Sosial media kanallarından istifadə zamanı fərdi və ya bank məlumatların heç bir halda paylaşmayaq.
  • Sosial media hesabları üçün güclü və unikal şifrələrdən istifadə edək. Eyni şifrəni bir neçə hesabda istifadə etməməyə çalışaq.
  • Sosial media hesablarında yayılan şübhəli linklərə klikləməkdən çəkinək. Bu linklər ehtimal ki, kiberdələduzluq hücumları ilə bağlıdır.

Elektron ödənişlər zamanı informasiya təhlükəsizliyi

  • Elektron ödəniş saytlarına daxil olarkən həmin saytın SSL/TLS sertifikatı ilə qorunduğunu (adres çubuğunda https:// və ya kilid işarəsi) mütləq yoxlayaq.
  • Əlavə təhlükəsizlik üçün iki faktorlu təsdiqləmə (2FA) üsullarından istifadə edək.
  • Elektron ödəniş hesablarında şübhəli fəaliyyətlər aşkar etdikdə banka bu barədə dərhal məlumat verək.

Sosial mühəndislikdən qorunma üsulları

  • Tanımadığımız şəxslərdən gələn zənglərə və mesajlara ehtiyatla yanaşaq və heç bir halda fərdi məlumatlarımızı bölüşməyək.
  • Şübhəli məlumat tələblərinə cavab vermədən əvvəl həmin şəxsin həqiqətən də bank nümayəndəsi olduğunu dəqiqləşdirək.
  • Sosial mühəndislik hücumları barədə maariflənməli və bu tip hücumların əlamətləri barədə məlumatlı olmaq hər bir halda üstünlükdür.
  • Bank hesablarını daimi olaraq yoxlayıb hər hansı şübhəli fəaliyyət aşkar etdikdə dərhal bankla əlaqə saxlamaq lazımdır.
  • Son olaraq isə yalnız rəsmi bank tətbiqləri və ödəniş sistemlərindən istifadə etmək tövsiyə olunur.
security security

Kiberxəbərlər jurnalı

İndi oxuyun