Bank haqqında
Korporativ idarəetmə
Bankda korporativ idarəetmənin başlıca prinsipləri Kapital Bankın Korporativ İdarəetmə Kodeksində öz əksini tapmışdır. Bank dövlət orqanları, səhmdarlar, əməkdaşlar, partnyorlar və müştərilərlə münasibətləri dəstəkləyir.
Korporativ idarəetmə Bank menecerləri ilə səhmdarlar arasındakı qarşılıqlı münasibətlərin daha da təkmilləşdirilməsinə xidmət göstərir. Bu da, öz növbəsində, Bankın bütün istiqamətlər üzrə fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin edir. Bankda korporativ idarəetmənin əhəmiyyətli rolunun artırılması ilə yanaşı, korporativ mədəniyyətin və korporativ etikanın inkişafına da xüsusi diqqət yetirilir.
Etik normalara sadiqlik və əsas dəyərlərə inam Kapital Bankda korporativ mədəniyyətin formalaşmasına və qorunmasına xidmət göstərir.
Kapital Bankda korporativ idarəetmə və korporativ mədəniyyət haqqında daha ətraflı məlumatlarla burada tanış ola bilərsiniz.
Komitələr
Bankın işçiləri üçün mükafatlandırma və motivasiyanın ümumi prinsiplərini, strategiyasını və siyasətini, kadr seçiminin, kadrların saxlanılması və işdən azad edilməsi siyasətini, Bankın kadr siyasəti sahəsində istənilən ciddi təkmilləşməni nəzərdən keçirir.
Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit (burada “Kredit” dedikdə “Banklar haqqında” Qanunda nəzərdə tutulan “bank kredit”i anlayışı başa düşülür) risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.
Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit (burada “Kredit” dedikdə “Banklar haqqında” Qanunda nəzərdə tutulan “bank kredit”i anlayışı başa düşülür) risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.
Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit (burada “Kredit” dedikdə “Banklar haqqında” Qanunda nəzərdə tutulan “bank kredit”i anlayışı başa düşülür) risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.
Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit (burada “Kredit” dedikdə “Banklar haqqında” Qanunda nəzərdə tutulan “bank kredit”i anlayışı başa düşülür) risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.
Risklərin idarə edilməsi strategiyasına, siyasətinə, risk limitlərinə baxır, risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətlərin seçilməsi və onların həyata keçirilməsi tezliyini müəyyən edir.
Bankdaxili qaydalara əsasən likvidlik və bazar risklərinin, habelə maliyyə vəsaitlərinin idarəedilməsi istiqamətlərini və hədəflərini müəyyən edir, Bankın likvidliyini və aktiv-passivlərin operativ idarəedilməsi strategiyasını müəyyənləşdirir, o cümlədən aktiv və passivlərin idarəedilməsi sahəsində Bankın gündəlik fəaliyyətinin həyata keçirilməsində İdarə Heyətinə köməklik edir.
Satınalma siyasətinə müvafiq olaraq, Bankın vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, Bank üçün əlverişli şərtlərlə satınalma müqavilələrinin bağlanması, Bankın əmlak maraqlarının qorunması və satınalma risklərinin idarə edilməsi ilə bağlı işlər görür.
Bankın Biznes Planının hazırlanmasına və icra edilməsinə öz səlahiyyəti daxilində nəzarət edir, Bankın büdcəsinin Biznes Planda müəyyən olunmuş hədəflərə uyğun tərtib olunması və effektiv icrasına dair Müşahidə Şurasına rəy və təkliflər verir.
Audit Komitəsinin üzvləri
Bankda audit işini təşkil edir, Bankın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir, Bankın maliyyə-təsərrüfat fəaliyyətinin tənzimlənməsi üzrə normativ-hüquqi aktlara, daxili prosedurlara, qaydalara və təlimatlara riayət olunmasına nəzarət edir, Bankda mükəmməl nəzarət sisteminin mövcudluğunun və adekvatlığının təmin edilməsində Müşahidə Şurasına və İdarə Heyətinə köməklik göstərir.
Etik davranış qaydaları
Bu normalar Bankda işçilərin davranış qaydalarını tənzimləyir. Bankın imicinin - nüfuzunun formalaşmasına xidmət etməklə, işçilər üçün mənəvi, etik və hüquqi dəyərləri müəyyən edir.
Etik davranış qaydaları ilk növbədə Bankda işçilərin davranışına nəzarəti təmin edir, onu peşə daxilində bir çox ixtisaslara tətbiq etməyə imkan verir və təsvir edilən normalara əməl edilməsi üçün effektiv vasitələri təklif edir.
Mənəvi dəyərlərə işçinin işdə və işdənkənar davranışı, ictimai fəaliyyəti daxildir.
Etik dəyərlərə Bankın imicinin qorunması, Bankın əmlakına münasibət və s. daxildir.
Hüquqi dəyərlərə qanunvericiliyə münasibət, bankdaxili prosedurlara əməl edilməsi, məxfi və xidməti istifadə üçün məlumatların qorunması və s. daxildir.
İşgüzar etiket - İşgüzar- professional (peşəkar) mühitdə davranış və ünsiyyətdir. İşgüzar etiket ətrafdakı insanlara hörmət və nəzakət, xeyirxahlıq və diqqət əsasında qurulur. Bankda hər bir işçi işgüzar münasibətlərdə subordinasiya qaydalarına ciddi əməl etməlidir.
Müştərilərə münasibət
• Peşəkar səviyyədə xidmət
• Düzgün, ədalətli və qərəzsiz münasibət
• Öhdəliklərin vaxtında yerinə yetirilməsi
• Müştərilər haqqında məlumatların məxfiliyinə hörmət
• Müştərilərə qayğı
• Məhsul və xidmətlərin keyfiyyətinin daima təkmilləşdirilməsi və münasib qiymətlərin tətbiqi
• Məhsul və xidmətlərin düzgün və qərəzsiz reklam edilməsi
• Müştərinin fikirlərinə, hisslərinə və təsəvvürünə anlayışlı yanaşmalı
• Onun şəxsiyyətini müsbət qəbul etməli- müştərinin çatışmazlıqlarından asılı olmayaraq onu şəxsiyyət kimi görməli və hörmətlə yanaşmalıdır
• Müştəri ilə qarşılıqlı əlaqədə razılaşma əldə etmək-bir-birini anlamağa cəhd göstərmək və qarşılıqlı münasibətlərin əməkdaşlıq formasında inkişaf etdirilməsinə çalışmalı.
Rəqiblərə münasibət
• Rəqiblərə hörmətlə yanaşmalı və qeyri-sağlam rəqabətdən qaçmalı
Konfidensiallıq şərtləri
Bu Məcəllə Bankın fəaliyyətinin bütün sahələrini əhatə etdiyi üçün əməkdaşlar aşağıdakı məlumatların mütləq konfidensiallığını (məxfiliyini) təmin etməlidirlər:
• Bankın şəxsi xarakterli məlumatları
• Bank sirri ilə bağlı qaydalar
• Bankın müştəriləri haqqında məlumatlar
• Bankın personalı haqqında məlumatlar
• Vəzifə mövqeyinə görə Bankın işçisinə məlum olan və ölkənin milli təhlükəsizliyi ilə bağlı məlumatlar və s.