Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək

Paylaş:

2023-03-15

4 may 2023-cü il tarixində, saat 11.00-da, Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E ünvanında yerləşən Bankın Ofisində (3-cü mərtəbə, iclas zalı) Bankın Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

  • “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvlərinin seçilməsi məsələsi haqqında;
  • “Kapital Bank” ASC-nin Müşahidə Şurasının əsasnaməsinin yenilənməsi məsələsi haqqında;
  • Digər məsələlər.

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla 4 may 2023-cü il tarixinədək https://kapitalbank.az/sehmdarlarin-yigincagi linki vasitəsilə tanış ola bilərsiniz.