Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək

Paylaş:

2021-02-17

1 aprel 2021-ci il saat 11:00-da Kapital Bank-ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M. Müşviq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) Bankın Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

·       “Kapital Bank” ASC-nin 2020-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması

·       “Kapital Bank” ASC tərəfindən 2020-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi

·       2021-2023-cü il üçün Strateji baxış, missiya bəyanatı, o cümlədən onun əsasında strateji plan layihəsi

·       “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü Fərid Məmmədovun növbəti dəfə Müşahidə Şurasının üzvü seçilməsi

·       Digər məsələlə