Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək

Paylaş:

2023-02-15

31 mart 2023-cü il tarixində, saat 11.00-da, Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E ünvanında yerləşən Bankın Ofisində (3-cü mərtəbə, iclas zalı) Bankın Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

·       “Kapital Bank” ASC-nin 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi;

·       “Kapital Bank” ASC tərəfindən 2022-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi;

·       “Kapital Bank” ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi;

·       Digər məsələlər.

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla 31 mart 2023-cü il tarixinədək https://kapitalbank.az/sehmdarlarin-yigincagi linki vasitəsilə tanış ola bilərsiniz.