Kapital Bank sərfəli şərtlərlə daşınmaz əmlak təminatlı nağd pul krediti təklif edir
Kapital Bank əhaliyə daşınmaz əmlakı təminat qoymaqla sərfəli şərtlərlə nağd pul krediti təklif edir. Artıq mənzil, həyət evi, bağ, qeyri-yaşayış sahəsi və obyekt təminat qoymaqla Kapital Bank-dan kredit almaq mümkündür. Qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır.
Şərtlərə görə, kreditin minimal məbləği 20 000 manatdır, maksimal məbləğ isə 70 000 manat təşkil edir. Kredit maksimum 7 il müddətinə verilir, illik faiz dərəcəsi isə 20%-dən başlayır. Kredit qismində təqdim olunan vəsait, təminatın maksimum 65%-ni təşkil edə bilər.
Qeyd edək ki, kredit yalniz rəsmi iş yeri olan şəxslərə verilir. Kredit verildikdə təminat qismində olan daşınmaz əmlak sigortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.