Necə etməli?

Kartımın balansını necə öyrənə bilərəm?

Balansınızı aşağıdakı üsullarla rahatlıqla yoxlaya bilərsiniz:

  • Birbank mobil tətbiqinə daxil olaraq;
  • SMS-Banking xidmətini aktiv edərək;
  • Kapital Bank-a məxsus ATM-lər vasitəsilə;
  • 196 Əlaqə Mərkəzinə qeydiyyatda olan nömrədən zəng edib müvafiq düymələri seçməklə.

Bu məlumat Sizin üçün faydalı idi?

Kart hesabım niyə mənfidədir?

Balansda vəsait olsa belə, bəzən ödəniş zamanı vəsait dərhal silinmir, sonradan təsdiqləndikdə mənfi balans yarana bilər. Aşağıdakı hallarda baş verə bilər:

  • Kredit borcunuz olduqda;
  • Limitdən artıq nağdlaşdırma və ya köçürmə etdikdə;
  • Valyuta ödənişlərində məzənnə fərqi yarandıqda;
  • Geri qaytarılan vəsait daha əvvəl xərcləndikdə;
  • Məhsul şərtlərinə əsasən (kart xidmətindən istifadə zamanı balans kifayət etmədikdə).

Bu məlumat Sizin üçün faydalı idi?