Birbank Umico debet
Birbank və Umico-nun birgə təqdim etdiyi, gündəlik alış-verişlərdən keşbek qazandıran unikal debet kartdır.
- Kartın qiyməti 3 illik pulsuz
- Nağdlaşdırma və köçürmə Pulsuz
- Valyuta AZN, USD, EUR
- Kartın müddəti 36 ay
Kartı onlayn sifariş et
Məlumatlar
Birbank-dan Umico bonusları ilə keşbek məbləği:
- Umico partnyorları üzrə 1,5%; *
- Qeyri-Umico partnyorları üzrə 0,4% *
* 31.01.2023 tarixə qədər davam edəcək kampaniya çərçivəsində Umico partnyorlarında birdəfəlik ödənişlər üzrə minimal 1,5% keşbek məbləği tətbiq olunur.
Umico Keşbek – Alış-veriş məbləğinin bir hissəsinin Umico və Birbank mobil tətbiqlərindəki bonus hesabına qaytarılmasıdır. Bonuslar real pul ekvivalentindədir və Umico partnyor şəbəkəsindəki alış-verişlər zamanı istifadə edilə bilər. Umico və Birbank-dan ortaq bonuslarınızı qazanmaq üçün alış-veriş edərkən həm BirbankUmico bank kartı, həm də Umico bonus kartınızı kassirə təqdim etməyiniz kifayətdir.
Birbank Umico debet kartı ilə pulsuz nağdlaşdır, pulsuz köçür:
- Birbank mobil tətbiqindən, Kapital Bank-ın ATM və POS terminallarından ay ərzində hər bir kart hesabı üzrə 4 000 AZN-dək məbləğin nağdlaşdırılması (QR kod ilə nağdlaşdırma və "Cash by Code" xidmətləri daxildir) komissiyasızdır.
- Birbank mobil tətbiqindən və Kapital Bank-a məxsus ATM-lərdən (bankomat) ay ərzində hər bir kart hesabı üzrə 4 000 AZN-dək məbləğin ölkədaxili bank kartlarına kartdan karta köçürmə əməliyyatları komissiyasızdır.
- 4 000 AZN-dən yuxarı məbləğlər üçün isə standart tariflərə əsasən komissiya hesablanacaqdır (nağdlaşdırma 1% min. 1 AZN/USD/EUR, kartdan karta 0.5% min. 1.50 AZN/USD/EUR).
Birbank mobil tətbiqindən aparılan əməliyyatlara keşbek aşağıdakı cədvəl üzrə hesablanır:
Qazanılan keşbeklərin hesablanması
| Əməliyyat növü | Cashback |
|---|---|
| Kommunal | 0.1 % |
| Mobil, TV, internet | 0.3 % |
| Digər* | 0.1 % |
| (İstisnalar: Dövlət ödənişləri (məhkəmə, cərimə, zəmanət, vergi), poçt, maliyyə qurumları, nəqliyyat.) |
Qeydlər:
- Qeyd olunan 4 000 AZN və ekvivalentinədək komissiyasız limit nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə ümumi limit kimi tətbiq olunacaqdır;
- Limit hər bir kart hesabına ayrıca tətbiq olunur. Müştərinin əsas kart hesabına bağlı əlavə kartı olduğu halda limit hər iki karta ümumi 4 000 AZN və ekvivalentinədək tətbiq olunacaqdır;
- Limit təqvim ayı üzrə tətbiq olunduğu üçün hər ayın ilk günü yenilənəcəkdir;
- Xarici valyutalı kartlarda limit 4 000 AZN ekvivalentinə kimi komissiyasız olaraq hesablanacaqdır;
- Qeyd olunan komissiyasız nağdlaşdırma limiti Kapital Bank-ın ATM (bankomat) və POS terminallarından istifadə və ölkədaxili digər bank kartlarına köçürmə üçün nəzərdə tutulmuşdur. (Limit Kapital Bank kartlarına köçürmələrə şamil olunmur – Kapital Bank kartlarına köçürmə tamamilə komissiyasızdır)
- Şərtlər fiziki kart mövcud olmayan kartlardan xidmət şəbəkəsi kassalarından nağdlaşdırma üçün müraciət edən müştərilərə aid edilmir.
- Yığılmış cashback* məbləğinizi Birbank-dakı Bonuslar/Umico/Tarixçə bölməsində izləyə bilərsiniz. Alış-verişlərinizi maksimum sərfəli etmək və vəsaitlərinizin rahat idarə olunmasını təmin etmək üçün Birbank (link) və Umico (link) mobil tətbiqlərini yükləyin.
- Mobil tətbiqdən sifariş edilən ilk kart pulsuzdur.
*Umico bonusları ilə 1 ay ərzində qazanıla bilinən maksimum keşbek məbləği 500 AZN-dir. Bu limitdən yuxarı bonuslar hesablanmır və növbəti ay üçün də nəzərə alınmır.
Digər Kartlar
- Partnyorlardan bonuslar və 2 qat ƏDV imkanı
- Partnyorlardan bonuslar və 2 qat ƏDV imkanı
- 7500-ə yaxın partnyor
- 500 AZN-dək keşbek
- 3000-ə yaxın partnyor