Kartlar üzrə xidmətlər

Cash to Card

Cash to Card əməliyyatı vasitəsilə Kapital Bankın bütün Cash In bankomatlarında kartın iştirakı olmadan Kapital Banka məxsus ödəniş kartına mədaxil etmək mümkündür. Bunun üçün mədaxil etmək istədiyiniz kartın üzərindəki 16 rəqəmli kodu bankomatda müvafiq bölməyə daxil etmək kifayətdir.

Bankomatdan karta köçürmənin aparılması qaydaları:

Xidmət olunacaq dili seçin;

Açılan “Lütfən əməliyyatı seçin” pencərəsindən “Cash-To-Card” seçin;

Pulu göndərmək istədiyiniz kart nömrəsini daxil edin və “Davam etmək” düyməsini sıxın;

Kart nömrəsinin düzgünlüyünə əmin olduqdan sonra “Təsdiq etmək” düyməsini seçin;

Dərhal sonra valyuta seçimi çıxacaqdır – AZN, USD, EUR seçimlərindən istədiyiniz valyutanı seçin;

Pulları bankomata yerləşdirin;

Qoyulan məbləği monitorda gördükdən sonra “Artırmaq” düyməsini sıxın;

Xidmət üzrə komisyon haqları:

Vəsaitin köçürülməsinə görə komisyon haqqı maaş kartları üçün 1%-dir (min 1 AZN), debet kartları üçün isə komissiya haqqı 0% təşkil edir.

karta medaxil etmek

Card to Card

Xidmətin şərtləri:

Card to Card vəsaitin köçürülməsi xidməti proqramı müştərilərə bir ödəniş kartın kart hesabından digərinə bankomat və Mobil Bank vasitəsi ilə pul köçürmələri imkanı yaradır;

Xidmətdən Kapital Bankın Visa Electron, Visa Classic, Visa Gold, Visa Business/ Business Gold, Visa Platinum, MasterCard Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum, kart sahibləri istifadə edə bilərlər;

Card to Card xidməti vasitəsi ilə göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur.

Köçürmə aparılması qaydaları:

Kart sahibi, ATM-yə kartı daxil edib ekranda müvafiq menyunu “Ödəmələr” sonra isə “Card to Card” seçir;

Menyu seçildikdən sonra, kart sahibi köçürməni aparmaq istədiyi digər kartın üstündəki 16 rəqəmli nömrəsini (2 dəfə) daxil edir;

Məbləği və valyutanı daxil edib əməliyyatı təsdiq edir.

Əməliyyat uğurla tamamlanmışdır.

İstiqamət Ölkədaxili əməliyyatlar Ölkəxarici əməliyyatlar
Vəsaitin göndərilməsi Vəsaitin alınması Vəsaitin göndərilməsi Vəsaitin alınması
Gündəlik limit
4 000 AZN
25 000 AZN
1 000 USD
10 000 USD
4 günlük limit
10 000 AZN
50 000 AZN
2 500 USD
-
Aylıq limit
20 000 AZN
100 000 AZN
2 500 USD
25 000 USD

Əməliyyatın valyutası göndərən və ya Alan hesabın valyutasından fərqli olduqda əlavə olaraq konvertasiya üçün komisyon haqqı uyğun olaraq göndərən və ya alan tərəfdən tutulur.