Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək

Paylaş:

2022-01-27

14 mart 2022-ci il tarixində, saat 11:00-da Kapital Bank-ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) Bankın Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

·       “Kapital Bank” ASC-nin 2021-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması

·       “Kapital Bank” ASC tərəfindən 2021-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi

·       “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımovun növbəti dəfə Müşahidə Şurasının üzvü seçilməsi

·       “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü Kəmalə Nuriyevanın növbəti dəfə Müşahidə Şurasının üzvü seçilməsi

·       “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü Oqtay Həsənovun növbəti dəfə Müşahidə Şurasının üzvü seçilməsi

·       “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü Rauf Hacıyevin növbəti dəfə Müşahidə Şurasının üzvü seçilməsi

·       “Kapital Bank” ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi

·       “Kapital Bank” ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi məsələsi

·       “Kapital Bank” ASC-nin Səhmdarlarının ümumi yığıncağının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi

·       Digər məsələlər