BirKart-la taksit edən hər müştəri hədiyyə qazanacaq

Paylaş:

2019-12-03

Kapital Bank Yeni il münasibətilə BirKart taksit kartının sahibləri üçün yeni kampaniya keçirir. Şərtlərə görə taksitlə minimum 50 AZN məbləğində alış-veriş edən hər müştərilər müxtəlif hədiyyələr qazanacaqlar. Alış-veriş edən müştəri qazandığı hədiyyə barədə dərhal telefonuna bildiriş alacaq. Aksiya 5 yanvar 2020-ci il tarixinədək davam edəcək.

Hədiyyələr arasında McDonald’s və KFC-dən pulsuz menyular, CinemaPlus və Park Cinemadan pulsuz kino bileti, Azercell və Bakcell-dən pulsuz danışıq dəqiqələri və meqabaytlar, Azpetrol-dan pulsuz yanacaq kuponu, 189 Taksi Xidmətindən pulsuz gediş haqqı, həmçinin Kapital Bank-dan pulsuz Visa Electron kartı vardır. Hər 100-cü əməliyyat edən müştərilər isə avtomatik olaraq 100 AZN qazanacaqlar. Kampaniya barədə ətraflı olaraq saytdan məlumat almaq olar – www.kbl.az/ny.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.