Kapital Bank Xudat şəhərində yeni filialını istifadəyə verdi

Paylaş:

2023-05-17

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank sahibkarlar üçün daha bir filialını istifadəyə verdi. Bu dəfə açılan yeni filial Xaçmaz rayonu, Xudat şəhəri, Osman Mirzəyev küçəsi, 55 ünvanında, “Foodcity Agropark” aqrokompleksinin ərazisində yerləşir. Foodcity filialında sahibkarlar daha rahat və sürətli bank xidmətlərindən yararlanması üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

Kapital Bank-ın yeni filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank bir neçə il əvvəl ölkə üzrə həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini tam bitirsə də, müştəri xidməti keyfiyyətini artırmaq üçün bir sıra işləri davamlı olaraq həyata keçirir. Paytaxt Bakı ilə yanaşı regionlarda da bank xidmətlərini daha əlçatan etmək məqsədilə yeni xidmət nöqtələri açılır. Bu kimi işlər gələcək illərdə də davam etdiriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.