“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib
Məlumat verdiyimiz kimi Kapital Bank tərəfindən yaradılan “Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri təşkil edilir. Növbəti tədbir, qürbətdə və Azərbaycanda yaşayan mütəxəssislər qrupundan ibarət “International Community of Azerbaijan”ın təşkilatçılığı ilə 10 yanvar 2021-ci il tarixində olub. “Qarabağın səsi” (“Voice of Karabakh”) adlı onlayn tədbiri keçirməkdə məqsəd, Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardım göstərməkdir.
Proqramda Fidan Hacıyeva, Miri Yusif, Tünzalə, Azad Şabanov, Murad Arif, Mirələm Mirələmov və bir çox başqa istedadlı ifaçılar iştirak edib. Bu tədbir vasitəsilə gələn bütün ianələr və humanitar yardım “Qırmızı Ürəklər” Xeyriyyə Fondu vasitəsilə aidiyyəti üzrə ünvanlara çatdırılacaq. Tədbirə YouTube kanalında baxmaq mümkündür – https://www.youtube.com/watch?v=fLzcNYYuXt8&feature=youtu.be. İanə etmək istəyənlər videoda qeyd edilən formada və ya BirBank tətbiqinin “Xeyriyyəçilik” bölməsi vasitəsilə həyata keçirə bilərlər.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun yaradılmasında əsas məqsəd cəmiyyətimiz üçün faydalı işlər görməkdir. 2019-cu ilin dekabr ayında yaradılan fondun üzvlərinin əksəriyyəti, Kapital Bank-ın könüllü əməkdaşlarından ibarətdir. Fondun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.