Məhsullarımızla Birbank.az saytımızda tanış olun!

Keçid edin

Umico.az-da bonusların hesablanmasında dəyişiklik

Paylaş:

2025-02-28

Mart ayında Umico.az-dakı sifarişlərinizdən bol-bol qazanc əldə edin! 

Siz də Umico.az-da tez-tez alış-veriş edirsinizsə, Birbank tətbiqində "Umico.az-da alış-veriş: gözəllik, elektronika və s." kateqoriyasını seçərək Umico.az-da Birbank kartları ilə etdiyiniz ödənişlərindən 10% və ya 15% qazanc əldə edə bilərsiniz. Bonus faizi müştərilərə fərdi olaraq təyin olunur.

Qeyd edək ki, Birbank kartlarına (Birbank Umico, Birbank Umico Premium, Birbank Cashback, Birbank Star) Umico.az-da ödənişlərə görə 5% Umico bonusunun hesablanması 1 martdan etibarən dayandırılır və daha çox qazanc fürsəti təklif edilir.

Odur ki Umico.az-da ödənişlərinizin sərfəli olması Birbank-da "Umico.az-da alış-veriş: gözəllik, elektronika və s." kateqoriyasını seçməyi unutmayın.