Birbank taksit kartınızla ödəniş edin, 15 ₼ sizin olsun!
Yeni əldə etdiyiniz Birbank taksit kartınızla hər biri azı 30 ₼ olmaqla 3 ödəniş edin, hər ödənişə görə 5 ₼ qazanın!
Şərtlər çox sadədir:
- Kampaniya sizə bildiriş göndərildiyi andan etibarən başlayır və həmin bildirişdə qeyd edilən tarixədək keçərlidir;
- Kampaniyada Birbank taksit kartı ilə 30 ₼ və daha çox məbləğdə 3 ödənişin hər birinə görə 5 ₼ nağd pul qazanacaqsınız.
- Kampaniya qeyd olunan MCC-lər üzrə ödənişlər şamil olunmur: 9211, 9222, 9223, 9399, 9402, 6011, 6012, 6050, 6051,9405, 6538, 6540,1100,8111,4829,6010, 6532, 6536, 7276, 6537, 7801, 7802, 7995, 9754, 7800, 9406, 6011, 6012, 4829, 9311
- Kampaniyada nağd pul yalnız 30 ₼ və yuxarı məbləğdə edilmiş 3 ödənişə hesablanacaq. Sonrakı ödənişlərə şamil olunmayacaq;
- Nümunə:
Tutaq ki, siz ardıcıl olaraq, 5 ₼, 30 ₼, 13 ₼, 25 ₼, 47 ₼ və 75 ₼ məbləğində ödənişlər etmisiniz. Bu halda yalnız 30 ₼, 47 ₼ və 75 ₼ məbləğində ödənişlərin hər birinə görə 5 ₼ qazanacaqsınız. - Kampaniya çərçivəsində qazandığınız 5 ₼-lıq məbləğlər Birbank tətbiqindəki keşbek balansınıza yüklənəcək;
- Ödəniş ləğv edilərsə, qazandığınız məbləğ keşbek balansınızdan silinəcək;
- Qazanacağınız 5 ₼-lıq məbləğlər taksit kartınızla ay ərzində qazana biləcəyiniz maksimal keşbek məbləğindən əlavə hesablanacaq. Məsələn, əgər siz artıq 300 ₼ keşbek qazanmısınızsa, bu kampaniya çərçivəsində əlavə olaraq 15 ₼ da qazana biləcəksiniz.
Qazancınız hər zaman bol olsun!