Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək

Paylaş:

2020-09-29

6 noyabr 2020-ci il saat 11:00-da Kapital Bank-ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M. Müşviq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) Bankın Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

·      “Kapital Bank” ASC-nin səhmdarlarına dividendlərin növbəti hissəsinin  ödənilməsi  haqqında

·      “Kapital Bank” ASC-nin Nizamnaməsinə dəyişikliklər edilməsi məsələsi haqqında

·      “Kapital Bank” ASC-nin səhmlərinin könüllü delistinqi məsələsi haqqında

·      Digər məsələlər

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla 06 noyabr 2020-ci il tarixinədək aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://kapitalbank.az/sehmdarlarin-yigincagi