Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək
17 noyabr 2022-ci il saat 11:00-da Kapital Bank-ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M. Müşviq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) Bankın Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
· “Kapital Bank” ASC-nin nizamnamə kapitalının artırılması məsələsi
· “Kapital Bank” ASC-nin Nizamnaməsinin yenilənməsi məsələsi
· “Kapital Bank” ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin yenilənməsi məsələsi
· Digər məsələlər
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallar barədə 01.11.2022-ci il tarixindən etibarən www.kapitalbank.az/sehmdarlarin-yigincagi linki vasitəsilə tanış ola bilərsiniz.