Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək
12 aprel 2019-cu il saat 11:00-da Kapital Bank-ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M. Müşviq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) Bankın Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
• “Kapital Bank” ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması
• “Kapital Bank” ASC tərəfindən 2018-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi
• Digər məsələlər