BirKart sahibləri həkim müayinəsini hissə-hissə ödəyə bilərlər

Paylaş:

2019-11-01

Partnyor şəbəkəsini durmadan genişləndirən, istər xidmət, istər ticarət, istərsə də iaşə obyektləri sayəsində taksitli alış-veriş təklif edən BirKart, daha bir yeniliyini müştərilərə təqdim edib. Belə ki, artıq BirKart sahibləri Respublika Diaqnostika Mərkəzində həkim müayinəsindən keçən zaman tələb olunan ödənişi hissə-hissə ödəyə bilərlər.

Bununla da Diaqnostika Mərkəzinə müraciət edən müştərilər, istənilən həkim müayinəsindən keçə, əməliyyat etdirə, hətta övlad dünyaya gələn zaman BirKart-dan istifadə edib, tələb olunan məbləği əlavə faiz və komissiya olmadan, 6 ay müddətində bərabər hissələrlə ödəyə bilərlər.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.