BirBank Qələbə münasibətilə yeni aksiya keçirir

Paylaş:

2020-11-18

Bildiyiniz kimi, BirBank tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, “Ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

30 noyabr 2020-ci il tarixinədək BirBank mobil tətbiqi vasitəsilə mobil və stasionar rabitə, kommunal, TV və İnternet ödənişləri etdikdə daha çox “Ürək” qazanmaq mümkün oldu. Belə ki, 5 manatadək ödənişlər edənlərə 2 qat, 5 manat və daha çox ödəniş edənlərə isə 3 qat “Ürək” təqdim edilir.

Qeyd edək ki, BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşulmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – http://www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.