ƏL/TMM haqqında Qanunda dəyişikliklərlə bağlı müştərilərin məlumatlandırılması.

Paylaş:

2023-05-16

Hörmətli müştəri,

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində 4.4.6. maddəsinin tələblərindən irəli gələrək, bu Qanunun 4.19-cu və 4.20-ci maddələrində nəzərdə tutulmuş tələblər barədə müştərini məlumatlandırmalıdırlar:

4.19. Peşəkar fəaliyyət çərçivəsində üçüncü şəxslərə hüquqi şəxsləri və ya onların filial və nümayəndəliklərini təsis etmək, hüquqi şəxslərin qanuni təmsilçisi qismində çıxış etmək, hüquqi şəxslər və ya onların filial və nümayəndəlikləri üçün hüquqi ünvan təmin etmək kimi xidmətləri göstərən şəxslər şirkətin xidmət təminatçıları hesab edilir. Xarici ölkədə (ərazidə) təsis edilən (qeydiyyatdan keçən) hüquqi şəxsin kənar idarəçisi qismində çıxış edən şirkətin xidmət təminatçıları, fəaliyyət istiqamətlərinə uyğun olaraq, öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən, şirkətin xidmət təminatçısı qismində iştirak etdiyini bəyan etməli və bununla əlaqədar zəruri bütün məlumat və sənədləri təqdim etməlidirlər.

4.20. Xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxslər fəaliyyət istiqamətlərinə uyğun olaraq öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən xarici hüquqi təsisatın idarəçisi olduğunu bəyan etməli və idarəçisi olduğu xarici hüquqi təsisatın əmlak strukturu, təsisçisi, benefisiarı (benefisiarları, benefisiarlar qrupunu), digər idarəçiləri (olduğu təqdirdə), xarici hüquqi təsisat təminatçıları (olduğu təqdirdə) və ya eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər haqqında məlumat və sənədləri və xarici hüquqi təsisatın təsis sənədinin surətini təqdim etməlidirlər.