Kapital Bank sahibkarlara və şirkətlərə yeni API portalını təqdim etdi
Kapital Bank yeni açıq API (Tətbiqi Proqramlaşdırma İnterfeysi) portalını istifadəyə verdi. Yeni portal vasitəsilə sahibkarlar və şirkətlərə öz sistemləri ilə Kapital Bank arasında inteqrasiyanı təmin edərək, bizneslərini və bank əməliyyatlarını rahat şəkildə bir mənbədən idarə edə biləcəklər.
Biznes sahibləri Kapital Bank-ın API portalını öz sistemlərinə qoşmaqla, hesab üzrə qalıq sorğusu, çıxarışlar, ölkədaxili və beynəlxalq köçürmələr, əməkhaqqı kartlarının sifarişləri və mədaxillər, həmçinin bu kimi digər xidmətlərdən öz proqram təminatlarında faydalanmaq imkanını əldə edirlər. Kapital Bank-ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz şəkildə təklif olunur. APİ məhsullar haqda məlumat əldə etmək üçün http://api.kapitalbank.az/ linkinə keçid etmək lazımdır.
Qeyd edək ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdıran bir texnoloji həlldir. API dünyanın bir sıra nüfuzlu bankları tərəfindən aktiv şəkildə istifadə olunur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, BirKart sifarişi üçün —https://kbl.az/tkstcrd.