3000 manat alın, ayda 99 manat ödəyin!

Paylaş:

2019-03-01

Kapital Bank Novruz Bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Aksiya çərçivəsində kredit rəsmiləşdirərkən tətbiq olunan sığorta haqqı, bank tərəfindən ödənilir. Rəsmi gəliri olan hər kəs, Kapital Bank-dan 3000 manatadək kredit götürüb, ayda cəmi 99 manat ödəniş edə bilər.

Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə BirKart hədiyyə olunur. Aksiya 14 aprel 2019-cu il tarixədək davam edəcək.

Bundan başqa 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə 10 mart 2019-cu il tarixinədək kredit götürən xanımlardan həmçinin komissiya haqqı tutulmayacaq. 

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.