BirBank ilə NFC ödənişlər edib, 25 manat keşbek qazananlar məlum oldu
Xəbər verdiyimiz kimi, 1 milyondan artıq yüklənən, ölkənin ən məşhur tətbiqi olan BirBank mobil tətbiqində Kapital Bank-ın Visa kartları ilə ödəniş edərək, keşbek qazanmaq mümkündür. Bu aksiya Kapital Bank-ın Visa International şirkəti ilə tərəfdaşlığı çərçivəsində təqdim olunub. Şərtlərə görə, 10 avqust 2020-ci il tarixinədək hər biri minimum 5 manat olmaqla 10 ədəd təmassız ödəniş edən kartlar 25 manat keşbek qazanır.
10 iyul tarixində lotereyanın ilk tirajı keçirilib və qaliblər müəyyən olunub. Qaliblərin siyahısı: www.kbl.az/vnq1. Qaliblər ətraflı məlumatı saytdan və ya 196 Məlumat Mərkəzindən əldə edə bilərlər. Kampaniya müddətində hər kart ay ərzində 1 dəfə kampaniyadan yararlanıb, qeyd olunan məbləği qazana bilər. Növbəti tiraj 10 avqust tarixində həyata keçiriləcək.
Qeyd edək ki, Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bank-ın Visa kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.