BirBank vasitəsilə ölkədə ilk dəfə Mastercard kartları ilə NFC ödənişlər etmək mümkün oldu

Paylaş:

2021-02-25

Bir müddət əvvəl Kapital Bank-ın BirBank mobil tətbiqində NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidməti müştərilərin istifadəsinə verilib. Bu funksiya vasitəsilə istifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi POS-terminallarda öz smartfonları vasitəsilə həyata keçirə bilirlər.

Azərbaycanda ilk dəfə olaraq bu xidmət artıq Mastercard vasitəsilə də mümkün oldu. Android istifadəçiləri cəmi bir dəfə BirBank mobil əlavəsində NFC ödənişləri üçün Kapital Bank-ın istənilən Mastercard ödəniş kartını əlavə etməklə ödənişi həyata keçirmək üçün sadəcə telefonu POS-terminala yaxınlaşdırmalıdırlar. Məlumat üçün bildirək ki, bu xidmət Kapital Bank-ın istənilən növ Mastercard kartlar üzrə mövcuddur və ən yaxın gələcəkdə Maestro tipli kartları üzərində də mümkün olacaq.

Qeyd edək ki, BirBank tətbiqini 1 milyon nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.