Məhsullarımızla Birbank.az saytımızda tanış olun!

Keçid edin

Kart komissiyaları ilə bağlı dəyişiklik


Müvafiq SMS və ya Birbank bildirişini almış müştərilər üçün 27 noyabr 2025-ci il tarixindən etibarən Birbank debet və taksit kartları, eləcə də Bakcell ko-brend kartlarındakı şəxsi vəsaitlərin bankımıza məxsus bankomatlarda nağdlaşdırılması və digər yerli bank kartlarına köçürülməsi zamanı 1% komissiya (minimum 1 AZN/USD/EUR) tətbiq olunacaq.

Xatırladaq ki, bankımıza məxsus kartlar arasında istənilən məbləği heç bir komissiya olmadan köçürmək imkanı dəyişməz olaraq qalır. 

Nümunə:

Tutaq ki, Birbank debet kartınızda 500 AZN pul var və siz 100 AZN nağdlaşdırdınız. Bu zaman 1% komissiya, yəni əlavə 1 AZN tutulacaq və yekunda balansınızda 399 AZN qalacaq.