Kapital Bank-dan “Sahibkarlar Günü”nə sərfəli təklif

Paylaş:

2023-04-25

Kapital Bank 25 aprel – Sahibkarlar Günü münasibətilə kiçik, orta və iri sahibkarlar üçün yeni kampaniya keçirir. Kampaniya çərçivəsində əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən tarif paketlərinə 15%-dək  endirim təqdim edilir. Belə ki, 31 may 2023-cü il tarixinədək “Təməl” və “Sərfəli XS” tarif paketlərini 5%, “Uğur”, “İnkişaf” “Sərfəli S” və “Sərfəli M” tarif paketlərini 10%, “Zirvə”, “Hədəf”, “Sərfəli L” və “Sərfəli XL” tarif paketlərini isə 15% endirimlə əldə etmək mümkündür.

Müştərilər tarif paketlərini və paket əlavələrini banka gəlmədən, Müştəri Bank vasitəsilə birdəfəlik ödəniş etməklə əldə edə bilərlər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları limitsiz və ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər. Kapital Bank-ın bu məhsullarını əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 40% qənaət etmiş olurlar.

Kapital Bank, tarif paketlərindən başqa mübadilə, məxaric və mədaxil tipli seqmentləşdirilmiş əməliyyatları əhatə edən “Valyuta Mübadiləsi”, “Hesabdan Məxaric” və “Əmək Haqqı”  adlı paket əlavələrindən yararlanma imkanı yaradıb. Sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini və paket əlavələrini rahatlıqla seçim imkanına malikdirlər.

Qeyd edək ki, tarif paketləri və paket əlavələri haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/tpyks linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.