Kapital Bank-ın tərəfdaşlığı ilə VIII Bankçılıq Forumu baş tutdu

Paylaş:

2024-12-05

Ölkənin birinci bankı Kapital Bank-ın tərəfdaşlığı ilə ölkəmizdə VIII Bankçılıq Forumu baş tutub. Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən Forum regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.

3-4 dekabr 2024-cü il tarixində həyata keçirilən tədbir  “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusuna həsr olunub. 8 paneldən ibarət olan Forumda maliyyə sektorunun aparıcı nümayəndələri, bank rəhbərləri, tənzimləyici qurumların rəhbərləri, assosiasiyalar və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər. Ümumilikdə Forumda maliyyə sektorunun 100 aparıcı şirkəti və min iştirakçı təmsil olunub. Tədbirdə həmçinin şirkətlərin stendlərlə təmsil olunduğu sərgi sahəsi və müxtəlif mövzular üzrə onlayn çıxışlar da yer alıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.