Kapital Bank-dan müştərilər üçün “Açıq qapı” günü
Ölkənin birinci bankı Kapital Bank müştərilər üçün “Açıq qapı” günü həyata heçirib. Müştərilərlə birbaşa və şəffaf ünsiyyət qurmaq, onların rəy və təkliflərini öyrənmək məqsədi daşıyan görüşdə bankın rəsmi nümayəndələri iştirak ediblər. Sosial şəbəkə hesablarında edilən elandan qeydiyyatdan keçən müştərilər bankın baş ofisində keçirilən tədbirə dəvət olunublar. Görüş zamanı müştərilər öz təkliflərini bölüşüb, xidmətlərlə bağlı fikirlərini səsləndirib, narahatlıq yaşadıqları mövzularla əlaqədar suallarına cavab ala biliblər. Qeyd olunan bütün mövzular, problemlər və təkliflər qeydiyyata alınıb və aidiyyatı şöbələrə yönləndirilib.
Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov görüşdəki çıxışında bu kimi görüşləri müştəri məmnuniyyətini artırmaq, müştərilərlə daha yaxın əlaqələr qurmaq və onların ehtiyaclarına uyğun daha keyfiyyətli xidmətlər təklif etmək baxımından vacib bir addım kimi qiymətləndib. “Müştəriyönümlü xidmət bizim əsas prinsipimizdir. Oan görə də sizin rəyləriniz bizim fəaliyyətimizi istiqamətləndirən mühüm yol xəritəsidir. Bu kimi görüşlər müştərilərlə səmimi və şəffaf ünsiyyətimizi daha da gücləndirir, eyni zamanda inkişaf istiqamətlərimizi dəqiq müəyyən etməyə imkan yaradır."
Kapital Bank müştərilərlə əlaqələrin daha da gücləndirilməsi, onların gözləntilərinə cavab verən müasir həllər təqdim edilməsi üçün bu kimi görüşlərin müntəzəm olaraq keçirilməsini planlaşdırır. Bu görüşlər müştəri məmnuniyyətini artırmaqla yanaşı, həm də müasir bankçılıq xidmətlərini daha çevik və effektiv şəkildə təşkil etməyə zəmin yaradır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.