Kapital Bank-ın 150 illiyinə həsr olunan lotereya qaliblərinə hədiyyələr təqdim olundu
Xəbər verdiyimiz kimi Kapital Bank-ın 150 illik yubileyi münasibətilə Birbank taksit kartı sahibləri üçün keçirilən 3 tirajdan ibarət lotereya 15 oktyabr 2024-cü il tarixində yekunlaşıb. 10 iyul-30 sentyabr tarixlərində edilən əməliyyatları əhatə edən lotereyada ümumilikdə 10 000 nəfər Birbank taksit kart sahibi qalib adını qazanıb. Onlardan 6900 nəfər 5 AZN, 3000 nəfər 10 AZN dəyərində keşbek, 60 nəfər 100 AZN, 30 nəfər 500 AZN, 6 nəfər 1000 AZN, 3 nəfər isə 10 000 AZN, 1 nəfər isə 150 000 AZN pul mükafatı qazanıb.
Ötən gün isə final tirajın qaliblərinə hədiyyələr təqdim edilib. 150 000 AZN pul mükafatına sahib olan Rəşid Cəlaləddinov sevincini bankın əməkdaşları ilə bölüşüb. “İlk dəfə lotereyanın reklamını görəndə ürəyimdən keçdi ki, 150 000-i mən udacam. Sizdən zəng gələndə isə qulaqlarıma inanmadım. Çünki heç vaxt lotereyalarda bəxtim gətirməyib. Hətta, o qədər inanmadım ki, bu haqda hələ heç kimə deməmişəm. Əlbəttə ki, çox sevinirəm. 3 övladım var və bu məbləği onların təhsili üçün xərcləməyi düşünürəm”.
Lotereyanın digər qaliblərinin planları da olduqca rəngarəngdir. Onlar arasında qazanılan məbləği doğum günü üçün özünə hədiyyə hesab edən, övladının xərclərini qarşılayan, Yeni il üçün səyahət planlayan, yatırım olaraq düşünüən müştərilər də var.
Xatırladaq ki, lotereyanın şərtlərinə əsasən Birbank taksit kartları ilə edilən hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırırdı. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı isə kart sahibi hər 50 AZN üçün 10 bilet əldə edirdi.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.