Kapital Bank-dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0% oldu

Paylaş:

2020-06-03

Müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Kapital Bank nağd pul krediti məhsulunun daha sərfəli və əlçatan olması üçün növbəti kampaniyaya start verib. Belə ki , Bank gündəlik tələbat krediti üzrə nağdlaşdırma komissiyasını 0% endirib. Aksiya çərçivəsində nağd pul krediti üçün onlayn qaydada (www.birkart.azwww.kapitalbank.az, 8196-ya SMS, BirBank və s.) müraciət edən müştərilərdən nağdlaşdırma komissiyası tutulmayacaq. Aksiya 30 iyun 2020-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, son iş yerində stajı minimum 3 ay olan, rəsmi gəliri olanlar, Kapital Bank-dan 300 – 20 000 manat aralığında olan “Gündəlik tələbat krediti”ni, 3 aydan 48 ayadək əldə edə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az.  

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.