BirBank istifadəçiləri üçün Novruz fürsəti!
BirBank Novruz Bayramının gəlişi münasibətilə milyonlarla istifadəçisi üçün yeni fürsət təqdim edir. Belə ki, kampaniya müddətində hər çərşənbə axşamı “Ürəklər”i daha sərfəli şəkildə xərcləyə biləcəklər.
Şərtlərə görə, 23 fevral – Su çərşənbəsində Azərsu, 2 mart – Od çərşənbəsində Azəriqaz, 9 mart – Yel çərşənbəsində Azərişıq ödənişləri edərkən 1 AZN ödəniş üçün cəmi 5 000 Ürək xərcləməli olacaqlar. Qeyd edək ki, digər vaxtlarda 1 AZN üçün 10 000 Ürək xərcləmək lazım olur. Eləcə də, 16 mart – Torpaq çərşənbəsində Azercell-dən 10 danışıq dəqiqəsi və ya 50 meqabayt internet, Bakcell-dən 20 danışıq dəqiqəsi (Ulduzum) və ya 50 meqabayt internet 5 000 Ürək deyil, cəmi 1 000 Ürəyə təqdim olunacaq. Ətraflı məlumat üçün – https://kbl.az/bbcuh
Qeyd edək ki, BirBank tətbiqinin istifadəçiləri POS-terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək “Ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür. BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.