Birbank taksit kartları ilə şəxsi vəsaitdən köçürmə və nağdlaşdırma pulsuz oldu! 

Paylaş:

2023-04-19

19.04.2023-cü il tarixindən etibarən taksit kartınızın şəxsi vəsait balansından ölkədaxili bütün bank kartlarına köçürmələri pulsuz edə bilərsiniz. Həmçinin, şəxsi vəsait balansınızdan ölkədaxili istənilən bankomatda nağdlaşdırma etdikdə də komissiya ödəməyəcəksiniz.

Birbank taksit kartlarında şəxsi vəsait balansı sizə bankın verdiyi taksit limiti ilə yanaşı kartınıza öz şəxsi vəsaitinizi əlavə edib müxtəlif əməliyyatlar etməyə imkan verir.

Şəxsi vəsait balansından pulsuz nağdlaşdırma və köçürmə üçün maksimal məbləğ Birbank Taksit kartlarında 5000 AZN, Birbank Umico Taksit və Umico Premium Taksit  kartlarında isə 4000 AZN-dir.

Birbank tətbiqi ilə Birbank Taksit kartlarından köçürmə komissiyalarında da dəyişiklik edilib. Tariflərdəki dəyişiklikləri isə aşağıda görə bilərsiniz: 
1) Birbank mobil tətbiqi üzrə tariflər
2) Ödəniş kartları üzrə  tariflər