Kapital Bank və “ASAN Məktub” sosial proqramı 35 uşağın arzularını gerçəkləşdirdi

Paylaş:

2023-11-02

Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı Kapital Bank və “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı ilə əməkdaşlığı baş tutub.  Layihə çərçivəsində Balakən rayonundan olan və arzularını məktubla https://asanmektub.az/az saytına yerləşdirən 35 uşağın istəkləri reallaşdırılıb.

Ötən gün Balakən rayonuna yola düşən tərəflər arzularını məktubla çatdıran uşaqlar və onların valideynləri ilə görüşüb.  Balakən regional “ASAN xidmət” mərkəzində baş tutan görüşdə maraqlı anlar yaşanıb.

Məktublara əsasən uşaqların öz istəklərinə uyğun məktəb ləvazimatları, geyim, oyuncaq kimi hədiyyələr onlara təqdim edilib. Uşaqlar hədiyyələri böyük sevinclə əldə edib. Müxtəlif korporativ sosial məsuliyyət layihələri ilə daim ehtiyacı olan insanların həyatına dəyər qatmağı bacaran Kapital Bank-ın bu əməkdaşlıqda məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.