Kapital Bank kartları ilə “AniPay” tətbiqində edilən köçürmə qaydalarında dəyişiklik

15 may 2025-ci il tarixindən etibarən Kapital Bank-a məxsus əməkhaqqı, pensiya, debet və kredit kartları vasitəsilə AniPay tətbiqi üzərindən edilən köçürmə qaydalarına dəyişiklik ediləcək. Belə ki, Kapital Bank və digər banklara məxsus kart və cari hesablara həyata keçirilən köçürmələrə komissiya haqqı tətbiq olunacaq.
Qeyd edək ki, yeni tətbiq ediləcək komissiya məbləği “Kapital Bank” ASC-nin qüvvədə olan tarif cədvəlində Kapital Bank və digər bank kartlarına köçürmələr üçün nəzərdə tutulmuş tariflərlə eyniləşdiriləcək.
Ətraflı məlumat: www.kbl.az/tarif
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.