Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş edin!
Kapital Bank əhalinin nağd pula olan tələbatını qarşılamaq məqsədilə yeni güzəştli kredit aksiyası təqdim edir. Kapital Bank kartları ilə məvacib və ya təqaüd alan hər kəs, aksiya çərçivəsində hər 1000 manat kredit məbləği üçün, ayda cəmi 33 manat ödəniş edə bilər.
Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə BirKart hədiyyə olunur. Aksiya 15 sentyabr 2020-ci il tarixədək davam edəcək.
Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 20%-dən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.