ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir

Paylaş:

2021-03-04

Ölkənin ən məşhur taksit kartlarından olan BirKart, əhali üçün yeni aksiya təqdim edir. Şərtlərə görə https://edvgerial.kapitalbank.az/ portalında qeydiyyatdan keçənlər, istənilən sifariş kanalı ilə BirKart taksit kartını rəsmiləşdirən zaman balanslarına avtomatik olaraq 10 AZN vəsait hədiyyə olunacaq. Xidməti daha rahat etmək məqsədilə portalda “BirKart sifariş et” funksiyası yaradılıb.

 

Ancaq hədiyyə bununla bitmir. Belə ki, BirKart əldə olunandan 10 gün müddətində BirKart-la istənilən məbləğdə əməliyyat edildikdə, əlavə olaraq 10 AZN vəsait də hədiyyə olaraq hesaba köçürüləcək. Aksiya 31 mart 2021-ci il tarixinədək keçərlidir. Aksiyada https://edvgerial.kapitalbank.az/ portalında qeydiyyatı olanlar və yeni qeydiyyatdan keçənlər bəhrələnə bilər.

 

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır. Kartı bankın saytında sifariş etmək olar – https://kbl.az/bedvs.

 

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.