150 illiyimizə özəl

möhtəşəm lotereya

150 illiyimizə özəl möhtəşəm lotereya

Məlumatlar

  • Lotereya 10 iyul–30 sentyabr 2024-cü il tarixlərində keçiriləcək (hər iki tarix daxil olmaqla);

  • Lotereyada yalnız Birbank (keçmiş adı “BirKart”) taksit kartı sahibləri iştirak edir;

  • Lotereyada 18 yaşı tamamlanmış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər;

  • Müştərilər lotereya şərtlərinə uyğun uğurlu əməliyyatlar etdikdə lotereyada iştirak hüququ, yəni bilet qazanacaqlar. Qazanılmış biletləri Birbank tətbiqində “Bizdən sizə” bölməsində yer alan “Lotereya” səhifəsində izləmək mümkündür;

  • Lotereya müddətində Birbank taksit kartları ilə uğurlu ödəniş, nağdlaşdırma, kartdan karta və ya hesaba köçürmə əməliyyatı müştəriyə bilet, yəni iştirak hüququ qazandıracaq;

  • Birbank taksit kartları ilə hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet qazandıracaq;

    Nümunə: Müştəri Birbank taksit kartı ilə 50 AZN-lik digər bank kartına köçürmə əməliyyatı edərsə, 1 bilet qazanacaq. 100 AZN-lik əməliyyat zamanı isə hər 50 AZN üçün 1 bilet, yəni toplam 2 bilet əldə edəcək.

  • Müştəri Birbank taksit kartları ilə 50 AZN və üzəri taksit (ödəniş məbləğinin aylara
    faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı hər 50 AZN üçün 10 bilet əldə edəcək;

    Nümunə 1: Müştəri Birbank taksit kartı ilə 200 AZN-lik ödəniş məbləğini 6 aylıq faizsiz taksitə böldürdüyü zaman 40 lotereya bileti (hər 50 AZN üçün 10 AZN, 4x10=40) qazanacaq;

    Nümunə 2: Müştəri Birbank taksit kartı ilə 200 AZN-lik nağdlaşdırma əməliyyatı etdiyi zaman 4 (200/50=4) bilet, bu əməliyyatı Ninja ilə aylara böldürdüyü zaman isə əlavə 36 (9x4), yəni toplam 40 (4+36) lotereya bileti qazanacaq;

  • Müştərilər taksit kartından çıxılan komissiyalara və mədaxil əməliyyatlarına görə lotereya bileti əldə etməyəcəklər;

  • Müştərilər m10, MilliÖn və digər bank tətbiqlərinin balansının artırılması (Birbank taksit kartından həmin tətbiqlərin balansına edilən köçürmələr) zamanı lotereya müddəti ərzində bütün tirajlar üzrə ümumilikdə maksimum 100 bilet əldə edə bilərlər;

  • Müştəri Birbank taksit kartı ilə lotereyanın şərtləri çərçivəsində birdəfəlik ödəniş əməliyyatı edərsə, lakin əməliyyat məbləği tam olaraq kredit limitindən deyil, hissəvi şəkildə müştərinin şəxsi vəsaiti hesabına baş verərsə, lotereyada hər 50 AZN əməliyyat məbləğinə görə 1 bilet qazanacaq;

    Nümunə: Müştərinin Birbank taksit kartının limiti 1000 AZN-dir və balansında 200 AZN şəxsi vəsaiti varsa, müştəri 250 AZN məbləğdə birdəfəlik ödəniş edərsə, bu halda lotereyada 5 bilet qazanacaq;

  • Müştəri Birbank taksit kartında tam şəkildə şəxsi vəsaiti hesabına etdiyi ödəniş, köçürmə və nağdlaşdırma əməliyyatlarına görə lotereyada bilet qazanmayacaq;

    Nümunə: Müştərinin Birbank taksit kartında 200 AZN şəxsi vəsaiti var. O, 150 AZN məbləğində birdəfəlik ödəniş edərsə, lotereyada bilet qazanmayacaq;

  • Müştərinin ləğv etdiyi, geri qaytardığı əməliyyata görə qazandığı biletlər ləğv ediləcək. Müştəri qalib olarsa və tirajdan sonra əməliyyatı geri qaytararsa, bu halda qalibiyyəti sıfırlanacaq və ona mükafat təqdim olunmayacaq;

  • Lotereyada yalnız eyniləşdirilmiş Birbank taksit kartları iştirak edəcək. Eyniləşdirilmiş kartlara müştərinin şəxsiyyət vəsiqəsinin FİN koduna uyğun CIF nömrəsi (bank tərəfindən verilmiş müştəri nömrəsi) olan kartlar aiddir;

  • Lotereya çərçivəsində 3 tiraj keçiriləcək. Hər tiraj üzrə əvvəlcədən elan edilmiş tarixlərdə əməliyyat etmiş müştərilər arasından qaliblər seçiləcək. Bir tirajda bir mükafat üzrə qalib gələn müştəri həmin tirajda digər mükafatların oynanılmasında iştirak etmir;

  • Birinci tirajda qalib olan müştəri ikinci tirajda qalib ola bilməz;

  • 1-ci və 2-ci tirajlarda qalib olan müştərilər 3-cü — final tirajında qalib ola bilər;

  • Kapital Bank əməkdaşları lotereyada iştirak etmir;

  • Müştəri Birbank tətbiqində “Lotereya” səhifəsinə keçid edərək əldə etdiyi biletlərin sayını və nömrələrini görə biləcək;

  • Stimullaşdırıcı lotereyanın qalibləri hər tirajdan sonra, yəni müvafiq olaraq 8 avqust, 10 sentyabr və 15 oktyabr 2024-cü il tarixlərində Kapital Bank və Birbank-ın sosial media səhifələrində, həmçinin rəsmi veb-səhifələrində elan olunacaq.

  • Lotereya müddətində müştərilər “Lotereya” səhifəsində yer alan və hər ay yenilənən tapşırıqları tamamlayaraq lotereyada əlavə biletlər qazana biləcəklər;

  • Tapşırıqlar — lotereyada əlavə biletlər qazandırmaq məqsədilə veriləcək.

Lotereyanın əsas mükafatı 150 000 AZN pul mükafatı olacaq. Bununla birlikdə toplam 10 000 ədəd mükafat oynanılacaq.

Birinci tirajın mükafatları:
 
Mükafatın adı

1 ədədinin dəyəri

Qalib sayı

Pul mükafatı

10 000 AZN

1

Pul mükafatı

1000 AZN

2

Pul mükafatı

500 AZN

10

Pul mükafatı

100 AZN

20

Pul mükafatı (keşbek balansına köçürülür)

10 AZN

1000

5 AZN

2300

İkinci tirajın mükafatları:
 
Final tirajının mükafatları:

Mükafatın adı

1 ədədinin dəyəri

Qalib sayı

Pul mükafatı

150 000 AZN

Qeyd 1: Pul mükafatının qalibə təqdim olunması ilə bağlı yarana biləcək bütün xərclər (o cümlədən, vergi ödənişi) müştəri tərəfindən ödəniləcək.

Qeyd 2: Pul mükafatları tiraj bitdikdən sonra 21 iş günü ərzində müştərinin yaradılacaq cari hesabına köçürüləcək (keşbek balansına köçürülən pul mükafatları istisna olmaqla).

Qeyd 3: 5 AZN və 10 AZN-lik pul mükafatları tiraj bitdikdən sonra 21 iş günü ərzində müştərinin keşbek balansına yüklənəcək. Keşbek balansı Birbank tətbiqindəki “Bonuslar” bölməsində yer alır.

Birinci, ikinci və final tirajlarında qaliblərin seçilməsi Birbank-ın sosial media səhifələrində canlı yayımlanacaq. Hər tirajın uduş fondunun oynanılacağı tarix, saat barədə müştərilərə əvvəlcədən SMS və ya Birbank tətbiqinin puş-bildirişləri vasitəsilə məlumat göndəriləcək.

Tirajın qalibləri elan olunduqda siyahıda onların şifrələnmiş adları (məsələn, R****), soyadları (məsələn, A****), ata adları (məsələn, F***), mobil nömrələri (məsələn, 077**123), kartlarının ilk 6 və son 4 rəqəmi (məsələn, 416973******1234) və lotereyada qalib olmuş biletlərinin kodu (məsələn, Bilet 1231GS14) qeyd olunacaq.

  • Lotereya 3 tirajlıdır, tirajlar 8 avqust, 10 sentyabr və 15 oktyabr 2024-cü il tarixlərində keçiriləcək:

    1-ci tiraj: 8 avqust 2024-cü il (müştərilərin 10–31 iyul tarixlərində həyata keçirdiyi əməliyyatları əhatə edəcək)
    2-ci tiraj: 10 sentyabr 2024-cü il (müştərilərin 1–31 avqust tarixlərində həyata keçirdiyi əməliyyatları əhatə edəcək)
    Final tiraj: 15 oktyabr 2024-cü il (müştərilərin 10 iyul–30 sentyabr tarixlərində həyata keçirdiyi əməliyyatları əhatə edəcək). Lotereya 30 sentyabr 2024-cü il tarixində tamamilə başa çatdıqdan sonra, 15 oktyabr 2024-cü il tarixində üçüncü, yəni final tirajı oynanılacaq.
  • Qaliblər 8 avqust, 10 sentyabr və 15 oktyabr 2024-cü il tarixlərində, Kapital Bank-ın sosial media səhifəsində, canlı yayımda bank tərəfindən hazırlanmış xüsusi proqram vasitəsilə təsadüfi seçim (“random” üsulu) ilə müəyyən olunacaq. Qaliblərə zəng olunacaq, yaxud SMS və Birbank tətbiqi vasitəsilə qazandıqları mükafatlarla bağlı bildirişlər göndəriləcək. Bank uduş fondu oynanıldığı tarixdən etibarən (8 avqust, 10 sentyabr və 15 oktyabr 2024-cü il) 21 iş günündən gec olmayaraq, qalib müştərilərlə əlaqə saxlanıla bildiyi təqdirdə mükafatları artıq onların şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqələri) əsasında təqdim edəcək.
  • Qalib müştərilər tiraj keçirildiyi tarixdən etibarən 90 iş günü ərzində mükafat üçün Kapital Bank-ın Baş ofisinə (Füzuli küç. 71) və ya BirStudio ofisinə (C.Cabbarlı 44 – Caspian Plaza) müraciət edə, yaxud 196 Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
  • 90 iş günü ərzində müştərinin tapılmaması, zənglərə cavab verməməsi, bankla əlaqə saxlamaması, yaxud mükafatını götürməməsi halında müvafiq mükafat Kapital Bank-ın sərəncamına veriləcək.

"Kapital Bank" ASC Azərbaycan Republikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 05 noyabr 2018-ci il tarixli 244 nömrəli Bank Lisenziyası əsasında fəaliyyət göstərir.