Təchizat öncəsi maliyyələşdirmə

Təchizat öncəsi maliyyələşdirmə - gələcəkdə Təchizatçıda Alıcıya qarşı yaranacaq pul tələbini nəzərə alaraq, müqavilə və ya alış sifarişi əsasında təchiz ediləcək malların və işlərin Bank tərəfindən maliyyələşdirilməsinə imkan yaradan məhsuldur.

Alıcı malları və ya xidmətləri təchizatçı ilə razılaşdırdığı şərtlər əsasında sifariş verir

Təchizatçı müqavilə və sifarişi təsdiq edən sənədlərlə Banka müraciət edir

Bank alış sifarişinin 80%-ni Təchizatçının hesabına mədaxil edir

Alıcı ödənişi həyata keçirir

Alıcı göndərilən malın dəyərinin 100%-ni Təchizatçının hesabına köçürür.

Üstünlüklər

Alıcıdan avans ödənişi tələb etməyə ehtiyacın qalmaması

Dövriyyə vəsaitlərini cari təxirəsalınmaz xərclərə yönəltmə imkanı

Əvvəlcədən əldə edilmiş vəsaitlərlə daha rəqabət qabiliyyətli məhsullar təklif etmək, iş görmək və ya xidmət göstərmək imkanı

Debitor borclar üzrə məzənnə dəyişiklikləri, likvidlik və inflyasiya ilə bağlı risklərin azaldılması

Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması imkanı

Mənfəətliliyin artırılması

Satışın maliyyələşdirilməsi məhsulunun şərtləri

Göstəricilər Şərtlər
Maliyyələşdirilmə məbləği
Alış sifarişinin və ya müqavilənin 80%-nə qədər
Faiz
AZN 14%-dən, USD 8%-dən başlayaraq
Limit
12 ay
Təminat
Girovsuz
Komissiya
1%

Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə onlayn müraciət

Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarından yararlanmaq və daha ətraflı məlumat almaq üçün Kapital bankın hər hansı filial və ya şöbəsinə müraciət edə və ya onlayn sifariş edə bilərsiniz.

Təşkilati-hüquqi forma

not_error
not_error
none

Məhsulun növü

not_error
not_error
not_error