Kapital Bank-a məxsus Visa kartları ilə NFC ödənişi 25 AZN qazandırır.

Share:

2021-06-22

Təklif 21 iyun – 21 sentyabr 2021-ci il tarixləri aralığında (hər iki gün daxil olmaqla) keçərlidir. Kampaniyada qaliblər hər ay üzrə ayrılıqda təyin olunacaq. Ümumilikdə kampaniyada 3 ay müddətində hər ay üzrə qaliblərin kart hesablarına 25 AZN əlavə ediləcək. Kampaniyanın aylar üzrə bölgüsü aşağıdakı kimidir:

  • I ay – 21 iyun–21 iyul
  • II ay – 22 iyul–21 avqust
  • III ay – 22 avqust–21 sentyabr

 

Kampaniyada qalib olmaq üçün aşağıdakı kateqoriyaların hər birində bir ay ərzində minimum bir dəfə 5 AZN və üzəri məbləğdə BirBank ilə NFC ödənişi etmək lazımdır.

  1. Supermarket
  2. Kafe*
  3. Restoran*
  4. Aptek
  5. Yanacaqdoldurma məntəqələri

 

Bankımıza məxsus istənilən növ Visa kartı ilə təklifdən yararlanmaq mümkündür.

Qeyd edək ki, NFC ödənişləri “iOS” əməliyyat sistemində dəstəklənmədiyi üçün “Apple” cihazları ilə kampaniyada iştirak mümkün deyil. NFC ödənişləri yalnız “Android” əməliyyat sistemində bəzi smartfonlarda keçərlidir. Təklifdən yararlana bilmək üçün cihazınızın NFC-ni dəstəklədiyindən əmin olmağınız xahiş olunur.

Kartda NFC-nin aktivləşdirilməsi: kbl.az/nfchowto

Şərtləri ödəyən bütün müştərilər qalib olaraq 25 AZN qazanacaq. 25 AZN hər ayın bitməsindən (I ay 21 iyul, II ay 21 avqust, III ay 21 sentyabr bitir) 21 iş günü ərzində qalib müştərinin NFC ödənişləri etdiyi kartına mədaxil olunacaq. 

Kampaniyada bir Visa kartı ilə bir ay ərzində yalnız bir dəfə qalib olmaq mümkündür.

Qazanılmış məbləğ müştəri tərəfindən istənilən əməliyyatda istifadə oluna bilər.

Təklif yalnız ölkə daxilində edilmiş əməliyyatlarda keçərlidir.

 

* Qeyd edək ki, kafe və restoranlar eyni MCC kodlar** ilə təyin olunduğundan kampaniyadan yararlana bilmək üçün istənilən kafe və ya restoranda 2 dəfə 5 AZN və üzəri məbləğdə NFC ödənişi etmək kifayətdir.

** MCC kod - ticarət obyektinin kateqoriyası MCC koduna uyğun təyin olunur.