Kapital Bank istiqrazları

Yüksək gəlirli və etibarlı, eyni zamanda aşağı riskli istiqrazlarımıza yatırım etməklə daha çox
gəlir əldə edə bilərsiniz. İstiqrazların ümumi həcmi 100 milyon AZN olmaqla bir neçə tranş
şəklində (hissə-hissə) buraxılacaq.

  • Buraxılış məbləği 100 000 000 AZN
  • İllik gəlir 10%
  • Bir istiqrazın dəyəri 100 AZN

Gəliri hesabla

Alış

Satış

100 500000
1 5000
  • İstiqrazların müddətinin bitməsinə qalan gün sayı*

    0

  • Əldə edəcəyiniz istiqraz sayı

    0

  • Xalis gəlir

    0

  • İllik gəlir

    0 %

  • Dövrün sonuna xalis gəlir

    0

Information

  • Buraxılış tarixi: 10.06.2024
  • Bitmə tarixi: 10.06.2025
  • Gəlirlilik: 10%
  • Buraxılış həcmi: 50 000 000 AZN
  • Faizlərin ödənilməsi: aylıq
  • Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2009005151
  • Say: 500,000 ədəd

Güvənlidir

İstiqrazların arxasında bankımız
dayanır.

Vergi yoxdur

İstiqrazlardan qazanacağınız gəlirə
görə vergi ödəməyəcəksiniz.

Likvidlik yüksəkdir

İstiqrazları rahatlıqla alıb-sata
bilərsiniz.

Gəlirlidir

İllik faiz dərəcəsinə əsasən sabit olaraq yüksək
qazanc əldə edəcəksiniz.

Əlavə xərclər yoxdur

İstiqrazlarımızı filiallarımızda alarkən və satarkən
yaranan bütün xərclər bankımız tərəfindən
qarşılanır.

FAQ

İstiqraz nədir?
İstiqrazlar — Investora əvvəlcədən müəyyən edilmiş tarixlərdə faiz gəlirini və istiqraz müddətinin sonunda əsas məbləği almaq hüququ verən qiymətli kağızdır.
Tranş nədir?
İstiqrazların ümumi həcmi böyük olduqda onların satışı hissəli şəkildə həyata keçirilə bilər. Bu halda, tam həcmdən satışa çıxarılan hissələrə “tranş” deyilir. Məsələn: Kapital Bank istiqrazlarının ümumi həcmi 100 mln manat təşkil edir. Bank bu həcmi bazara tranşlar şəklində, yəni hissə-hissə satışa çıxaracaq. Hər bir tranşın satış tarixi və şərtləri barədə məlumatlar buraxılışdan öncə kütləvi informasiya vasitələri ilə açıqlanır.
İstiqrazların tədavül müddəti nədir?
İstiqrazların bazara satışa çıxarıldığı ilk gündən buraxılışın bitmə tarixinə kimi olan zaman aralığına “tədavül müddəti” deyilir. Bir buraxılış daxilində nə zaman satılmasından asılı olmayaraq, bütün istiqrazların bitmə tarixləri eyni olur. Kapital Bank istiqrazlarının tədavül müddəti 1 ildir (360 gün). Məsələn: Tutaq ki, bankımız 30 may 2024-cü ildə 1 il müddətinə müəyyən sayda istiqraz buraxıb. Siz isə bu tranşda buraxılmış istiqrazları oktyabrda almısınız. Bu halda istiqrazlar növbəti ilin oktyabrına kimi deyil, tranşın bitmə tarixinə, yəni 30 may 2025-ci ilə qədər gəlir gətirəcək.
İstiqrazların dəyərinin 10%-i qədər gəlir qazanacağam?
İstiqrazlarımız tədavül müddəti boyunca 10% gəlir qazandırır. Siz istiqrazları aldığınız tarixdən tranşın bitmə tarixinə qədər bu faiz dərəcəsi ilə gəlir əldə edəcəksiniz. Məsələn: Tutaq ki, 1 il müddətinə olan buraxılışdan 1200 AZN dəyərində istiqraz almaq istəyirsiniz. Əgər istiqrazı buraxıldığı ay alsanız, siz hər ay 10 manat gəlir əldə edəcəksiniz. Yəni 12 ayın sonunda 1200 manata görə 120 AZN sizin olacaq. Əgər istiqrazı buraxıldığı ayda deyil, növbəti aylardan birində alsanız, onda geriyə qalan aylara uyğun gəlir əldə edəcəksiniz. Yəni istiqrazı buraxıldığı vaxtdan 5 ay sonra almısınızsa, geri qalan 7 ay ərzində 1200 manat dəyərində istiqrazla ümumilikdə 70 AZN qazancaqsınız.