Umico bonuslarından necə yararlanmaq olar?

Umico bonusları ilə aşağıdakı ödənişləri etmək mümkündür:
QR ödəniş
Birmarket-də alış-veriş
Birbank-da ödəniş
Trendyol-da alış-veriş
Barkod ilə ödəniş
Bonuslarla QR-kod ödənişləri
1. Kassada QR ilə ödəmək istədiyinizi deyin və Birbank və ya m10 tətbiqində QR bölməsinə daxil olun.
2. "Umico bonusları ilə ödəniş"-i seçin.
3. QR-kodu skan edərək ödənişi tamamlayın.
Birmarket-də bonusla alış-veriş
1. Birmarket-də almaq istədiyiniz məhsulları seçin və səbətə göndərin.
2. Səbətə keçin və “Sifariş et” düyməsinə klikləyin.
3. Ödəniş üsulu olaraq bonuslarla ödənişi seçin.
Birbank və m10-da bonuslarla ödənişlər
1. Birbank və ya m10-da Umico kabinetinə daxil olun.
2. "Ödənişlər" bölməsinə keçib istədiyiniz ödəniş növünü seçin.
3. Məlumatları daxil edərək ödənişi bonuslarla tamamlayın.
Trendyol-da bonuslarla şopinq
1. Umico Bonus kartınızı Trendyol-a qoşun (bunu necə etməli).
2. Trendyol-da almaq istədiyiniz məhsulları seçin və səbətə göndərin.
3. Səbətə keçin və sifarişin rəsmiləşdirilməsinə başlayın. Ödəniş üsulu olaraq bonuslarla ödənişi seçin.
Umico partnyorlarında bonuslarla ödəniş
1. Kassada bonuslarla ödəmək istədiyinizi deyin.
2. Birbank və ya Umico tətbiqindəki ştrix-kodu göstərin
Tez-tez verilən suallar:
Umico Bonus nədir?
Umico Bonus — Birbank, m10 və Birmarket-i birləşdirən bonus proqramıdır.
Umico Bonus istifadəçilərə gündəlik ödənişlər üçün Birbank və m10-da QR-kod-dan istifadə edərək, həmçinin Trendyol, Bravo və digər məşhur brendləri əhatə edən geniş tərəfdaş şəbəkəsində nağd ödəniş edərək daha çox bonus qazanmağa imkan verir.
Umico bonusları necə toplamaq olar?
Bonuslar Birbank və m10-da QR-kodla istənilən ödənişlərə görə, Birmarket və Trendyol-da alış-verişə görə, eləcə də 200-dən çox proqram tərəfdaşından alış-veriş zamanı verilir. Sadəcə ödəniş zamanı kassirə ştrix-kodu göstərmək kifayətdir. Həmin ştrix-kodu Birbank, m10 və Umico tətbiqlərində tapmaq olar.
Bonuslar balansımı harada görə bilərəm?
Bonus balansınız Birbank, m10 və Umico tətbiqlərinin əsas səhifəsində göstərilir.
Bonusları manatlara çevirə bilərəm?
Bəli, bonusları manata çevirmək mümkündür. Konvertasiya kursu: 1 bonus = 0,5 AZN.




