ddd
Üçü birində, hər üçündə!
Siz günlük ödənişlərinizdən Umico bonusları toplaya bilərsiniz. Bonuslarla bir çox ödənişlər etmək də mümkündür. Hesabınızda toplanan bonusları həm Birbank, həm də Umico və m10 tətbiqlərində görə bilərsiniz.

Bonusları necə toplamaq olar?
Umico bonuslarını toplamağın bir neçə yolu var.
Bu necə işləyir?

Düşünək ki, siz Birbank-da "Kartınızda 1000 ₼ və ya daha çox pul saxlayın" şərtini görürsünüz. Əgər sizin bütün kartlarınızda ümumilikdə 1000 ₼-dan az şəxsi vəsaitiniz varsa, sözügedən şərt şəkildəki kimi əks olunacaq. Siz onun üzərinə klikləyərək açılan pəncərədə ətraflı məlumatla tanış ola bilərsiniz. Həmçinin bu pəncərədən keçid edib, kart balansınızı artıra bilərsiniz.
Bütün kartlarınızadakı ümumi məbləğ 1000 ₼-dan çox olduqda "Kartınızda 1000 ₼ və ya daha çox pul saxlayın" şərti şəkildəki kimi yaşıl rəngdə əks olunacaq və siz ödəniş zamanı əlavə 0,5% keşbek qazana biləcəksiniz.

Necə daha çox keşbek qazana bilərəm?
Düşünək ki, siz Birbank tətbiqində "Restoranlar 5%" kateqoriyasını seçmisiniz. Bu kateqoriyada ödənişləriniz sizə 5% keşbek qazandırır. Restoranda ödəniş anında bütün Kapital Bank kartlarınızda ümumilikdə 1000 ₼-dan yuxarı şəxsi vəsaitiniz olarsa, bu halda əlavə 0,5% keşbek qazanacaqsınız. Yəni bu ödənişdən keşbek qazancınız 5,5% olacaq.
Eyni qayda digər şərtlər üçün də keçərlidir. Tutaq ki, siz Birbankda bu şərtləri görürsünüz:
+0,5% keşbek
+1% keşbekŞərtlərin yaşıl rəngdə olmasından aydın olur ki, bütün Kapital Bank kartlarınızda həm 1000 ₼-dan yuxarı şəxsi vəsaitiniz, həm də bankımızda 2000 ₼-dan çox depozitiniz var. Bu halda sizin restoran ödənişinizə keşbeklər aşağıdakı kimi hesablanacaq:
- "Restoranlar 5%" kateqoriyasını seçdiyiniz üçün 5% keşbek
- "Kartınızda 1000 ₼ və ya daha çox pul saxlayın" şərti tamamlandığı üçün əlavə 0,5% keşbek
- "2000 ₼-dan başlayan depozit açın" şərti tamamlandığı üçün əlavə 1% keşbek
Yekunda ödənişinizdən 6,5% keşbek qazanmış olacaqsınız.
Əgər hələ də Birbank Cashback taksit kartınız yoxdursa, bu linkə keçərək sifariş edin.