Mikro, Kiçik və Orta Sahibkarlığın inkişafı
Kiçik və orta biznes ölkə iqtisadiyyatının stabilliyi və inkişafında mühüm rollardan birini tutur. Bu sektorun dayanıqlığını təmin etmək üçün əlbəttə ki, əlçatan bank xidmətləri, əlverişli şərtlərlə maliyyəşmə imkanları olduqca əhəmiyyətlidir. Lakin, bununla yanaşı sahibkar üçün komfort zonanın yaradılması, onların bilik və bacarıqlarının artırılması, biznesində əlavə dəyər yarada biləcək alətlərin olması, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq istəyənlər üçün ilkin avadanlıqların təmin edilməsi kimi faktorlar məhz onların ayaqda qalıb böyüməsinə təkan verir. Kapital bank özünün korporativ sosial məsuliyyəti çərçivəsində məhz bu istiqamətdə KOBİA, Dövlət Məşğulluq agentliyi və digər dövlət qurumları ilə birgə bir sıra ölkə miqyaslı layihələrini icra edir. 2022-ci ilin dekabrdına isə bu sahədə nailiyyətlərə görə “Kiçik və orta biznesi dəstəkləyən bank” nominasiyası üzrə mükafata layiq görülüb.
Cəmiyyətimizin ümumi biznes xəritəsinə baxdıqda, bu sahədə dominantlıq daha çox kişilərdə olduğunu görürük. Statistik göstəricilərə əsasən Azərbaycanda olan sahibkarların ümumi sayının yalnız 2%-ni qadınlar təşkil edir. Düşünürük ki, azərbaycanlı xanımlar çox təşəbbüskar, istedadlı və böyük yaradıcılıq potensialına malikdirlər. Bu fikri rəhbər tutaraq 2021-ci ildə qadınların özlərini göstərə biləcəkləri, digər xanımlarla təcrübələrini paylaşa biləcəkləri və yeni bilik və bacarıqlar əldə edəcəkləri bir platforma - “Women of Azerbaijan”ı yaratdıq. Hazırda da uğurla davam edən bu layihə özündə onlarla müxtəlif sahələrdə biznes qurmuş qadın sahibkarı birləşdirərək, sahibkarlıq fəaliyyətinə yeni başlayanlar xanımlar üçün biznes qurmağın yolları, uğur qazanmağın sirləri və təcrübəyə əsaslanan məsləhətləri ilə bölüşürlər. 2022-ci ildə isə Kapital Bank bu platformaya üzv olan 15-dən çox yeni biznes fəaliyyətinə başlayan xanımlara biznes strategiyanın qurulması, maliyyə, brendinq, satış kanallarının inkişafı və digər bənzər mövzularda silsilə təlimlər təşkil keçirdi.
Qeyd edək ki, Kapital bankın bu layihəsi İstanbul Awards və Felis kimi nüfuslu festivallarda korporativ sosial məsuliyyət, rəqəmsal plaltformalar və digər kateqoriyalar üzrə bir neçə qızıl mükafata layiq görülüb.