İnnovasiya ekosisteminə dəstək
Bu gün innovasiyalar gündəlik həyatımıza fəal şəkildə inteqrasiya edir. Dünyanın fərqli ölkələrində qurulmuş startaplar ölkə sərhədlərini aşaraq sürətlə qloballaşır. Bir sıra ölkələrdə innovasiya ekosistemləri qurulur və uğurla öz “məhsullar”ını qlobal bazarlara təqdim edir. Kapital Bank olaraq düşünürük ki, Azərbaycanda da artıq əsası qoyulmuş bu ekosistemin inkişafı etdirilməsi nəinki bankçılıqda, həmçinin də gündəlik həyatımızın müxtəlif istiqamətlərində cəmiyyətimizin rifahını təmin edəcəkdir.
Bu məqsədlə qlobal trendləri diqqətlə izləyir və ölkəmizin müasir tendensiyalarla ayaqlaşmasını, Azərbaycanın adının innovativ ölkələr sırasında sadalanmasını dəstəkləmək üçün bu istiqamətdə təşəbbüslərə qoşuluruq.
Bunlardan biri artıq ikinci il ard-arda dəstəklədiyimiz və PAŞA Holding-in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən İnnovasiya Sammitini göstərmək olar. Sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və bununla da regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərmək idi.
Bu istiqamətdə digər partnyorlarımız sırasında Sabah lab, SUP. VC kimi təşkilatları göstərmək olar.