İnflyasiyanın Növləri Hansılardır?
İnflyasiyanın Növləri Hansılardır?
İnflyasiya Nədir?
İnflyasiya bir iqtisadiyyatda mal və xidmətlərin ümumi qiymət səviyyəsinin zamanla artımını ifadə edən makroiqtisadi göstəricidir. İnflyasiya şaxələndirilmiş məhsul və xidmətlər dəsti üçün qiymət dəyişikliklərinin ümumi təsirini ölçmək məqsədi daşıyır. İnflyasiya daima qiymətlərin artmasına gətirib çıxarsa da, Kapital Bank Taksit Kartı ilə hissəli ödənişlə istədiyiniz məhsul və xidməti aylıq ödənişlərə bölüb əldə edə bilərsiniz.
İnflyasiya tez-tez bir iqtisadiyyatda mal və xidmətlərin tələbi və təklifi arasındakı olan münasibətlərdən qaynaqlanır. Mal və xidmətlərə tələb təklifi üstələdikdə, qiymətlər yüksəlməyə başlayır. Pul kütləsinin dəyişməsi, istehsal xərclərinin artması, dövlət siyasətində və ya vergilərdə dəyişikliklər habelə beynəlxalq əmtəə qiymətlərindəki dalğalanmalar kimi inflyasiyaya səbəb ola biləcək müxtəlif amillər də, mövcuddur.
İnflyasiya iqtisadiyyata həm müsbət, həm də mənfi təsir göstərə bilər. Orta miqdarda inflyasiya istehlakçıları pul xərcləməyə, biznesləri yeni layihələrə sərmayə qoymağa təşviq etməklə iqtisadi artımı stimullaşdıra bilər. Lakin inflyasiya həddən artıq yüksək və ya davamlı olduqda bu, bir sıra mənfi nəticələrə gətirib çıxara bilər. Məsələn, yüksək inflyasiya pulun alıcılıq qabiliyyətini zəiflədə bilər, bu da ev təsərrüfatlarının həyat səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Bu, həm də uzunmüddətli investisiyaların qarşısını ala bilər, çünki səhmdarlar gələcək qiymətlərdən əmin deyillərsə, yeni layihələrə sərmayə qoymaqda ehtiyatlı davranırlar. İnflyasiya nəticəsində alıcılıq qabiliyyətinin itirilməsi ümumi əhalinin yaşayış səviyyəsinə təsir edir və nəticədə iqtisadi artımın ləngiməsinə də səbəb olur.
İnflyasiya iqtisadiyyatda hər kəsə təsir edərək, mal və xidmətlərin zamanla dəyişən qiymətlərini əks etdirir və iqtisadi artıma və rifaha həm müsbət, həm də mənfi təsir göstərə bilir. Mərkəzi banklar inflyasiyanın idarə olunmasında və iqtisadi sabitliyin qorunmasında mühüm rol oynayırlar. İnflyasiyanı anlamaq üçün inflyasiyanın növlərinin bilinməsi olduqca vacibdir.
İnflyasiyanın növləri
Qiymət artımının səbəblərindən və artımın həcmindən asılı olaraq inflyasiyanın növləri müxtəlifdir. Ən çox yayılmış növlərdən bəziləri bunlardır:
-
Tələb inflyasiyası
Tələb inflyasiyası inflyasiyanın növləri kimi istehsal potensialı ilə müqayisədə mal və ya xidmətlərə olan tələb daha yüksək olduqda baş verir. Tələb və təklif arasındakı olan çatışmamazlıq qiymətin bahalaşmasına səbəb olur. Ölkədə pul və kredit təklifinin artması ilə əmtəə və xidmətlərə olan ümumi tələb getdikcə artır və ölkədəki istehsal mövcud tələbi qarşılamadığı üçün qiymət artımı baş verir.
-
Xərclərə səbəb olan inflyasiya
İnflyasiyanın növlərindən biri olan xərclərə səbəb olan yüksək xərclər nəticəsində yaranan inflyasiya növüdür. Xərc inflyasiyası adətən istehsal prosesi zamanı yaranan xərclərin artması ilə baş verir və bu halda məhsul və xidmətlərin qiymətlərində artım müşahidə olunur. Əgər məhsul vahidinə düşən xərc artarsa, istehsalçılar qazanc əldə etmək üçün müvafiq olaraq məhsulun qiymətlərini artıracaqlar.
İqtisatiyyatda bu termin məhsul vahidinə düşən xərc kimi adlanır və aşağıdakı düsturla hesablanır:
- 1 məhsul üçün istehsal xərci = məhsulun ümumi xərci / məhsul sayı
-
Əmək haqqı inflyasiyası
Əmək haqqı inflyasiyası ümumiyyətlə iqtisadiyyatda qiymətlərin artması səbəbindən işçilərin əmək haqqısının artırılmasıdır. Yəni əmtəə və xidmətlərin qiyməti artdıqda, işçilərin də maaşları ona uyğun olaraq artırılır. Bu, işçilərin alıcılıq qabiliyyətini qorumaq və ehtiyaclarını ödəmək üçün vacibdir. İnflyasiyanın növlərinin biri kimi əmək haqqı inflyasiyası, iqtisadi problem kimi də qiymətləndirilə bilər çünki həddindən artıq əmək haqqı artımı şirkətlərin xərclərini artırır və nəticədə qiymətləri yüksəldir. Bu həmçinin inflyasiyanın daha da artmasına səbəb ola bilər. Bundan başqa yüksək əmək haqqı işəgötürənləri işdən çıxarmağa və ya daha az işçi işə götürməyə təşviq edə bilər. Ona görə də iqtisadi sabitliyi qorumaq üçün əmək haqqı artımları ilə inflyasiya nisbətləri arasında tarazlıq olmalıdır.
-
Staqflyasiya
İnflyasiyanın növləri arasında olan staqflyasiya durğun iqtisadi artım, yüksək işsizlik və yüksək inflyasiya ilə səciyyələnən iqtisadi vəziyyətdir. İqtisadi siyasətçilər bu birləşmənin idarə edilməsini xüsusilə çətin hesab edirlər, çünki amillərdən birini düzəltməyə cəhd digərini daha da gücləndirə bilər. Digər inflyasiyanın növlərindən fərqli olaraq bu növ çox tez -tez rast gəlinən bir hal deyildir.
Staqflyasiya 1970-ci illərdə bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da baş vermiş və buna enerji qiymətlərinin artması, tədarük şokları və pul siyasəti kimi amillərin birləşməsi səbəb olmuşdur. Staqflyasiya inflyasiya, yavaş iqtisadi artım və yüksək işsizlik birlikdə mövcud olduqda baş verir. Bu iqtisadi şərtlər əsasən birlikdə baş vermir. İşsizlik və inflyasiya tərs korrelyasiyaya olduğunda biri artdığı zaman, digəri azalır lakin staqflasiya halında paralel olaraq hər ikisi artmağa doğru gedir.
İnflyasiyanın səbəbləri
İnflyasiyanın növləri ilə tanış olduqdan sonra inflyasiya yaradan səbəbləri də bilmək vacibdir.
Pul siyasəti: Bazarda həddindən artıq pul təklifinin olması inflyasiyaya səbəb olur. Beləliklə, valyutanın dəyəri aşağı düşür.
Fiskal Siyasət: Fiskal siyasətin inflyasiyaya təsiri bir neçə faktordan, o cümlədən iqtisadiyyatın vəziyyətindən, həyata keçirilən fiskal siyasətin növündən və siyasətin effektivliyindən asılıdır.
Dövlət xərclərinin artırılması və/və ya vergilərin azaldılmasını nəzərdə tutan genişləndirici fiskal siyasət iqtisadiyyatda məcmu tələbi artıra bilər. İqtisadiyyat tam gücü ilə işləyirsə, tələbin bu artımı qiymətlərin artmasına səbəb ola bilər, çünki müəssisələr tələbi ödəmək üçün qiymətləri artırır.
Tələb inflyasiyası: Tələb (daha yüksək) və təklif (aşağı) arasındakı boşluq səbəbindən qiymətlərin artmasıdır.
Xərclərə əsaslanan inflyasiya: İstehsal maya dəyərinin artması səbəbindən mal və xidmətlərin qiymətinin artmasıdır.
Valyuta məzənnələri: Xarici bazarlarda riskin miqdarı dolların dəyəri ilə müəyyən edilir. Valyuta məzənnəsinin dəyişməsi inflyasiya səviyyəsinə təsir göstərir.
İnflyasiyanın Qarşısını Necə Almaq Olar?
İnflyasiyanın qarşısını almaq üçün əsas olan faiz dərəcələrinin tənzimlənməsi yolu ilə pul siyasətinin dəyişdirilməsidir. Yüksək faiz dərəcələri iqtisadiyyatda tələbi azaldırş Bu, iqtisadi artımın aşağı düşməsinə və buna görə də inflyasiyanın aşağı düşməsinə səbəb olur.
İnflyasiyanın qarşısını almağın digər yolları bunlardır:
- Pul təklifinə nəzarət: Mərkəzi bank daha çox pul çap etməklə pul kütləsinə nəzarət edə və inflyasiyanı azalda bilər.
- Vergiləri artırmaq: Vergi artımı tələbi azaldaraq insanların xərclərini azalda və inflyasiyanı azalda bilər.
- Xərclərin azaldılması: Xərcləri azaltmaqla hökumət iqtisadiyyatı sərtləşdirə və inflyasiyanı azalda bilər.
- Rəqabətin artırılması: Rəqabət qiymətləri aşağı salır və inflyasiyanı azaldır. Rəqabəti artırmaq üçün hökumət mövcud bazara və antiinhisar qanunlarına nəzarət etməlidir.
- Xarici ticarətin artırılması: İdxal və ixracın artırılması xarici bazarlardan daha ucuz mal və xidmətlərin idxalına və daxildə olan qiymətlərin aşağı salınmasına kömək edə bilər.
Bu tədbirlər inflyasiya ilə mübarizə aparmaq üçün istifadə edilə bilən üsullardan bəziləridir. Bununla belə, onlar inflyasiyanı nəzarətdə saxlamaqda həmişə effektiv olmur və digər amilləri də nəzərə almaq lazım gələ bilər.
İqtisadiyyat üçün narahatlıq doğuran inflyasiya hər kəsə pis təsir göstərmiyədə bilər. Bu, müəyyən bir qrup insanlar üçün inflyasiyanın mövcud olması olduqca münasibdir. İstehlakçılar inflyasiyaya görə alıcılıq qabiliyyətinin bir hissəsini itirdiyi halda, investorlar bundan qazanclarını artırmaq şansı qazanırlar.
İnflyasiya nəticəsində aktivlərə qoyulan sərmayə sərmayədən investorlar qazanc götürə biləcəkdirlər və inflyasiya nəticəsində gəlir əldə edəcəkdirlər. Məsələn, mənzil qiymətlərinin artması istehlakçılara təsir edə bilər lakin, artıq ev almış şəxslər kapitalın bahalaşmasından faydalanacaqlar.